İslim kababı



Ərzaqlar:


8-10 ədəd badımcan
28-30 ədəd çerri pamidoru
500 q çəkilmiş ət
2 ədəd baş soğan
1 balaca dəstə cəfəri
Duz
istiot
Badımcanları qızartmaq üçün duru yağ
Şirə üçün:
5-6 ədəd pamidor
1 x.q bibər məti(tomatı)
1 diş sarımsaq
2 x.q duru yağ

Hazırlanması:

Badımcanı yuyub nazik uzun doğrayıb duzlayıb 15-20 dəqiqə saxlayıb sonra sıxıb acı suyunu çıxarırıq. Yuyub yenidən sıxıb az düzlayırıq.

Tavada yağda hər iki üzünü qızardırıq.

Soğanın qabığını soyub yuyub blenderdən ya da sürtgəcdən keçiririk.
Çəkilmiş ətin üstünə cəfərini təmizləyib yuyub doğrayıb tökürük. Çəkilmiş soğanı duzu və istiotu töküb yaxşı qarışdırırıq.

Soba qabına kalka kağızı sərib ətdən qoz boyda küftəciklər düzəldib yığırıq.

200 dərəcə qızdırılmış sobada 30 dəqiqəyə bişiririk.

Şirəsi üçün pamidoru yuyub qabığını soyub xırda doğrayırıq. Ya da sürtgəcdən keçiririk.
Üstünə yağı, bibər mətini, sarımsağı xırda doğrayıb tökürük.
Ocağa qoyub yağa düşənədək bişiririk.

Bişirdiyimiz badımcan laylarını şəkildəki kimi qoyub bişmiş küftəcikdən ortasına qoyub bükürük. Sonra yuyulmuş pamidoru üstünə qoyub çöp batırırıq.(Həm bibər həm də pamidor qoya bilərsiniz)



Bu qayda ilə hamısını hazırlayırıq.

Qaba yığıb şirəni tökürük. Ya da qaba əvvəl şirəni töküb bükdüyümüz kakakı yığırıq.


Yenidən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk. Pamidor bişəndə yemək hazır olacaq.

İslim kababının yanında düyü və s. verə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (09 aprel 2015 21:36)
Salam. Çox sağ olun. Nuş olsun.
ZEHRA_BALAM (05 aprel 2015 13:19)
Mende hazirlayacam bunu insallah.Resept ucun tskkkk.Ellerinize sagliqqqq
çmxb (28 mart 2015 23:37)
əllllllllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaaaaaaaaaaaaaa
çmxb (28 mart 2015 23:36)
əlaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Reseptaz (20 mart 2015 00:01)
Təşəkkür edirik.
leyla (19 mart 2015 19:11)
beh beh beh cox lezzetli gorsenir.
Reseptaz (24 fevral 2015 22:30)
Nuş olsun. Təşəkkür edirəm. Süfrəniz açıq bərəkətli olsun.
Ramile (24 fevral 2015 19:57)
Cox beyendim bu resepti... qonaqliq sufresinde ela goruner dadininda lezzetli olduguna eminem )) Mutleq hazirlayacam )) Ellerinize sagliq ...)
SMZM (24 fevral 2015 18:02)
Cox gozel.gorunur,hazirlayacam.insallah,cox sag olun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.