İki rəngli çiçək qurabiyə



Ərzaqlar:



150 q kərə yağı
1 st şəkər kirşanı
1 st nişasta
2 x.q qatıq
1 paket qabartma tozu
2 x.q kakao
Aparanadək un(2,5 st)
1 ədəd yumurta
1 paket vanil

Hazırlanması:

Nişasta, şəkər kirşanı,vanil və qabartma tozunu dərin bir qaba töküb qarışdırırıq.



Yumşaq kərə yağını əlavə edib əlimiz ilə ovuruq.



Yumurta və qatığı əlavə edib qarışdırırıq.



Unu az-az əlavə edib qarışdırırıq. Xəmir ələ az yapışan olanda iki yerə bölürük.



Birinə 2 x.q un birinə isə 2 x.q kakao əlavə edib xəmirləri düzəldirik.




Xəmir elastik və yumşaq olmalıdır.Hər iki xəmirdən balaca kündələr düzəldirik.





Sonra onlardan birini ortaya qoyub 6 ədəd kündəni isə ona yapışdırıb gül formasında düzəldirik.



Bu şəkildə bütün xəmiri düzəldirik. Soba qabına kağız sərib aralı düzürük.



180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişiririk.




Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Günel (08 iyun 2016 14:23)
Necə fərqli olar? Yəni acı dadar, yoxsa necə?
Reseptaz (08 iyun 2016 14:13)
salam, dadı fərqli olar, ona görə yaxşı olar ki, buğda işlədin
Günel (08 iyun 2016 13:56)
Bağışlayın ki, sizi biraz bezdirirəm. Ancaq bugün bu şirniyyatdan bişirmək istəyirəm. Lakin evdə buğda nişastası qurtarıb. Kartof nişastası yaramaz?
Günel (07 iyun 2016 08:01)
Buğda nişastası yerinə kartof nişastası tökmək olmaz?
Reseptaz (03 may 2016 23:16)
Salam. Qatıq əvəzinə xama etsəniz unu az aparacaq.Təşəkkür edirik. Nuş olsun.
Gul (03 may 2016 16:19)
Super
MSM (03 aprel 2016 14:38)
Salam cox gozel gorunur yeqin dadi da yaxsi olar,qatiq evezine xama vurmaq olar?
Nezrin (18 mart 2016 00:58)
Coox gozel.hemiwe bura baxib hazirlayiram.gozel alinir.tewekkurler size
Reseptaz (16 mart 2016 00:42)
Salam. Buğda nişastası istifadə olunur. Nuş olsun.
behiwte zehra (27 fevral 2016 18:24)
Salam cox gozeldii.i,niwasda hansdnan vurulur??
xanim (22 fevral 2016 13:14)
Salam ne niwasta qatilir
Leyla (20 fevral 2016 17:01)
Minnetdaram.cox sag olun. Qrilyaji sebrsizlikle gozleyirem.
Reseptaz (20 fevral 2016 14:00)
qrilyaji da hazirlayib paylasaram
Reseptaz (20 fevral 2016 13:59)
tesekkurler, seker kirsani seker pudrasidir veya pudra sekeri deyilir
Leyla (20 fevral 2016 10:45)
Bir de zehmet olmazsa qrilyajin reseptini de imkan varsa paylawarsinizmi?
Leyla (20 fevral 2016 10:42)
Weker kirwani dediyiniz pesokdu yoxsa nece??
gulsen (17 fevral 2016 16:45)
Bu sirniyati cox beyendim cox saq olun
aydan (17 fevral 2016 16:43)
Bu sirniyyati cox beyendim
Reseptaz (15 fevral 2016 22:17)
slm, kirsan pudradir
RuZa (15 fevral 2016 21:45)
Salam.Kirwan nedir?
Reseptaz (15 fevral 2016 09:16)
sag olun
zahide (14 fevral 2016 17:32)
Twk.Mence möhtewemdi.
Reseptaz (13 fevral 2016 20:10)
nus olsun
Gulya (13 fevral 2016 17:48)
Bundan bisirmisem cox gozel alinir.twkler
Reseptaz (12 fevral 2016 21:32)
cox sag olun
NUR (12 fevral 2016 21:07)
Çox beyendim.çox cox tesekkur edirem....

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.