İçi doldurulmuş cücə plov



[b]Ərzaqlar:



1 ədəd cücə
4 st düyü
4-5 x.q əridilmiş kərə yağı
100 q qaysı
100 q kişmiş
100 q zoğal qurusu ya da təzəsi
100 q badam ləpəsi
Duz
Istiot
Zəfəran
Qazmaq üçün 3 x.q qatıq
1 ədəd yumurta

Hazırlanması:

Cücəni təmizləyib yuyub düzlu suda bişiririk.

Badamın qabığını təmizləyib tavaya az yağ töküb qovurub üstünə yuyulub təmizlənmiş kişmişi və qaysını tökürük(qaysını doğrayırıq)



Zoğalı da əlavə edib qovurub götürürük. Zəfəranı dəmləyirik.

Hazırladığımız içliyi bişmiş cücənin içinə yığırıq. Üstünə duz istiot və zəfəran suyu vururuq.

Düyünü yuyun islaqda saxlayıb duzlu suda bişrib süzürük.

Qazana az yağ töküb istidirik.Sonra düyüdən 5-6 qaşığ töküb qatıq ilə yumurtanı çalıb bu düyünün üstünə töküb qarışdırırıq. Qarışığı qazanln dıbınə qalınlığı 1 sm olmaqla yayırıq.

Qazmağın üstünə az düyüdən töküb içi doldurulmuş cücəni qoyuruq.
İçlikdən qalanını cücənin yanına tökürük.

Qalan düyünü cücənin üstünə töküb yağ əlavə edib plovu dəm almağa qoyuruq.
Plov 1 saata dəm alacaq.

Bişmiş plovun düyüsünü qaba yığıb cücəni ortasına qoyub yanını qazmaqla bəzəyib qaynar yağ töküb süfrəyə veririk.


Nuş olsun![/b]

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Zeyneb (20 noyabr 2015 00:45)
Doymeli plov
çmxb (28 mart 2015 23:52)
əlaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Reseptaz (26 fevral 2015 22:12)
Bu plovun hazırlanma qaysası belədir. Suz qızardılmış xoşlayırsınızsa qızardıb bişirin. Nuş olsun.
Tamara (26 fevral 2015 18:34)
Cox sag olun. Men ancaq biraz toyuqu qizardardim.cunki yemeyin ustunde ag toyuq cox istah qacirici gorsener
Tamara (26 fevral 2015 18:32)
Cox sag olun. Men ancaq biraz toyuqu qizardardim.cunki yemeyin ustunde ag toyuq cox istah qacirici gorsener
Reseptaz (19 fevral 2015 22:59)
Salam. Mən zoğalı buzxanada saxlayıram. Qışda istifadə edirəm. Bu plovda qurusu daha gözəl olur. Nuş olsun. Təşəkkür edirik.
aynure (17 fevral 2015 19:24)
qış vaxt zoğalı hardan tapmısız??? doğurdan dadlı plovdurmu?? yeni eziyyet çekmeyime deyermi??? evvelceden çox sağ olun
Naval (17 fevral 2015 17:30)
ELERINIZE SAGLIQ

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.