Hörgülü sosiskalı bulka



Ərzaqlar:



1/2 st duru yağ (qarğıdalı ya zeytun)
2 ədəd yumurta (1 ədəd yumurta sarısı üz üçün)
2 st süd
6 st un (aparanadək)
1 ç.q duz
2 ç.q şəkər tozu
1 paket maya
Sosiska

Hazırlanması:

Südü ilıq isidirik. Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.



Sonra undan az-az əlavə edib qarışdırıb əlimiz ilə yumşaq xəmir yoğururuq.



Xəmirin üstünü örtüb 1 saat acımağa qoyuruq.





Acıdıqdan sonra qozdan böyük kündələrə bölüb kündələyirik.



Üç kündəni götürüb uzununa uzadırıq.



Sonra hördükdə hər araya sosiska dilimi qoyuruq.
Hamısını bu şəkildə düzəldirik.





Soba qabına yığırıq.
Üzünə yumurta sarısı vurub 210 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.







Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (18 oktyabr 2016 08:45)
Təşəkkürlər
Gunel (17 oktyabr 2016 13:01)
Mən dünən bişirdim. Müxtəlif fiqurlarda. Hətta içinə cem də qoydum. Çox dadlı alındı. Təşəkkürlər
mina (06 oktyabr 2016 13:58)
üzərlik lazımdı yada qedim deda baba qaydası başınıza duz hərləmək
mina (06 oktyabr 2016 13:54)
uzerlik laz;md;
mina (06 oktyabr 2016 13:53)
Sizə yenə göz dəydi Dilbər xanım

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.