Güllaç



Türk mətbəxi

Ərzaqlar:



5 ədəd güllaç

1 st şəkər tozu

4 st süd

1 x.q gül suyu ya da 1/2 ç.q vanil

Qoz ləpəsi ya da antep fısdığı


Hazırlanması:

Südün üstünə şəkər tozunu əlavə edib ocağa qoyub qarışdırırıq.

Süd qaynarlaşanda götürürük. Üstünə gülsuyunu töküb qoyuruq soyusun.



Güllacları iki yerə bölürük.



Süd nə qaynar nə də soyuq olmalı deyil.İlıq olanda güllacın birini götürüb qaba parıldayan tərəfi aşağı qoyub üstünə bir çömçə süddən tökürük.



Sonra ikinci yarısını götürüb parıldayan tərəfi üzə olmaqla o biri güllacın üstünə qoyuruq. Yenə bir çömçə süddən tökürük. Əlimiz ilə südlə güllacları basıb isladırıq yumşalır.



Yumşaldıqdan sonra düz kəsilən tərəfdən qoz ləpəsini tökürük.



Sonra bükürük.



Gül formasına salırıq.




Süd soyuq olsa yenidən qızdırmaq lazımdır.

Bu şəkildə qalab 4 güllacı da düzəldirik.



Hamısını bir qaba yığıb qalan ilıq südü üstünə tökürük.



Qoz ləpəsi səpirik.



Ən azı iki saat soyuducuda saxladıqdan sonra yeyə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (09 dekabr 2016 09:28)
Aysu xanım bu ən sadə -standard Güllaç reseptidir. Güllaç yuxasından asılı ola biler. Güllaç yuxası qarğıdalı nişastası ilə hazırlanmış xüsüsi tyxadır və bizdə ancaq Ramazan vaxtı böyük supermarketlərdə satılır..
Aysu (08 dekabr 2016 17:37)
Nə qədər çabalasam da, çox pis alındı. Heç kim bəyənmədi.Xahiş edirəm, resptə təkrar baxasınız.
Reseptaz (14 iyul 2015 09:38)
Gullac yarpaglari Ramazan vaxto bzarstore-da satilir.
aygun (14 iyul 2015 03:07)
Xanim , gullaci Bakida hansi rayonda hansi tukandan almag olar? ne olar bilirsizse yazardizda
ili (28 mart 2015 18:59)
Gullac bakida harda var?
Reseptaz (17 avqust 2014 18:42)
Gullac Türk mətbəxinə aiddir. Yuxası hazır satılır. Paketində də adı elə Güllac gedir.Təşəkkürlər.
Seva (23 iyul 2014 18:49)
Gullac nedi, mumkunse bilirsinizse rus dilinde yazinda, bilmirem buralarda satilir ya yox

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.