Göyərtili kartof şorbası



Ərzaqlar:



3 ədəd kartof

1 ədəd baş soğan

2 -3 diş sarımsaq

1 x.q un

2 x.q əridilmiş kərə yağı

1 dəstə ispanaq

1 dəstə şüyüd

1 dəstə cəfəri

Duz

Su ya da ət suyu


Hazırlanması:

Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.



Doğranmış soğanın üstünə duz və yağ töküb qızılı rəngdə olanadək qovururuq.



Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq.



Soğan qovrulan kimi unu töküb qovurub ondan sonra kartofu əlavə edib 3-5 dəqiqə qovururuq.



Sonra üstünə su tökürük. Duz əlavə edirik. Kartof tam bişənədək bişiririk.



Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.



Kartof bişən kimi blenderdən keçiririk. Qatılığına baxıb lazım olsa əlavə su tökə bilərsiniz. Yeməyi yenidən ocağa qoyub xırda doğranmış göyərtiləri yeməyə əlavə edirik.



5-10 dəqiqə bişirib götürürük. Duz və istiotuna baxırıq.

Yeməyin suyunu ət suyundan edəndə cox dadlı olur. Hazır bulyonlardan da istifadə edə bilərsiniz.




Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
KOX (16 oktyabr 2015 17:28)
Salam.Yuxarida qeyd olunan 1 X.Q Un ne zaman istifade olunur???
Reseptaz (29 dekabr 2014 23:24)
Salam. Pis olmaz sadəcə dadları fərqli olacaq.
mah (27 dekabr 2014 12:54)
salam,resept az!xahish edirem sualima cavab vererdiniz.tesekkurler!
mah (24 dekabr 2014 13:21)
salam!size KUDRYAJ tortu haqqinda sual vermek isterdim.Bu torta qatilasdirilmis sudden hazirlanan krem evezine qaymaqli kremden istifade etmek olarmi?dadi pis olmaz ki

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.