Ev işlərinizi asanlaşdıracaq praktiki məsləhətlər

Ev işlərini necə görmək lazımdır?

Evinizdə həyatınızı asanlaşdıracaq praktiki və çox asan məsləhətləri öyrənmək istəyərdiz? Budur həyatınızı asanlaşdıracaq praktiki məsləhətlər və tövsiyələr

Eynəyinizin şurupu çox tez-tez çıxırsa, şurupu taxmazdan əvvəl, onun girəcəyi dəliyə rəngsiz dırnaq boyası tökün. Sonra şurupu taxın.

Aldığınız ayaqqabı ayağınızı sıxırsa, onu bir neçə dəqiqə buxara tutun.

Qayçınızı itiləmək istəsəniz, onu sumbata kağızı ilə itiləyin.

Xalçadakı siqaret yanıqlarından qurtulmaq üçün, yanıq yerləri sumbata kağızı ilə dairəvi hərəkətlər edin.

Mebellərin yerlərini dəyişdirəndə, xalçaların üstündə iz qoyur. Bu izləri yox etmək üçün, izlərin üzərinə bir parça buz qoyun və əriməsini gözləyin. Daha sonra üstünü tozsoranlayın. İzdən əsər-əlamət qalmadığını görəcəksiz.

Zamoklu geyimlərinizi paltaryuyana qoymazdan əvvəl bağlı olub olmadğını yoxlayın. Açıq qalıbsa zədələnə bilər.

Üst-üstə qoyduğunuz sətəkanlar yapışıb qopmursa, onları bir ləyənin içinə qoyun. Üstdəki stəkanın içinə buz qoyub ləyənin içərisinə yavaş-yavaş isti su tökün. Stəkanların asanlıqla çıxdığını görəcəksiz.

Aldığınız plastik və şüşə əşyaların üzərinə yapışdırılan etiketlərdə qurtulmaq üçün, etiketin üzərinə yemək üçün marqarin sürtün və 15 dəqiqə gözləyin. Bir bez parçası ilə ovalayıb yuyun. Üzərində heç bir ləkə və cızıq olmayacaq.

Ütü işini asanlaşdırmaq və vaxtını azaltmaq üçün, ütü masasının örtüyünün altına alüminum folqa qoyun.  İstini geri əks etdirdiyindən, ütü işi daha sanlaşacaqdır.

 Parça ayaqqabıların təmizlənməsi problemdirsə, ayaqqabıları bir yastıq örtüyünün içinə qoyun. Örtüyün ağzını bağlayın və paltaryuyan maşında yuyun. Təzə kimi olacaqlar.

Buz qəliblərnizi su ilə doldurmazdan əvvəl, bölmələrə portağal, limon və istədiyiniz meyvə parçaları yerləştirsəniz, dekorativ buzlar əldə etmiş olacaqsız.

Əgər ayaqlarınız çox isinib şişirsə, onları saatlarla isti suda saxlamayın, əksinə odekolon ilə ilə ovalayın. Biləkləriniz və ayaqlarınız şişməyəcək.

Əgər ayaqlarınız çox həssasdırsa, isti havalarda şikayətləriniz artırsa, hər səhər bir neçə damcı zeytun yağı ilə ovalayın.

Pambıq geyimlərinizin enlənməməsi üçün, yumazdan bir gecə əvvəl soyuq suda saxlayın, enlənməyəcəkdir.

Dirsək və topuqlarınızın bərkiməsini istəmirsinizsə, bir dilim limon ilə ovun. Beləcə dəriniz yumşaq olacaq.

Təzə bir tava alanda, əvvəlcə içində bir az sirkə qaynadın. Bu qızartmanızın tavaya yapışmasının qarşısını alacaq.

Divarınıza mismar vuracağınız zaman, işarə etdiyiniz yerin üzərinə çarpaz yapışqan lent yapışdırın. Sonra mismarı vurun. Beləcə divarın gipsini sındırmayacaqsız.

Çəkməcələri içlərini boşaltmadan təmizləmək istəyirsizsə, tozsoranın ucuna incə bir corab keçirin.

Lampalarınızın üzrəinə istifadə etmədiyiniz ətirləri və ya bir az vanil sürtsəniz, lampalarınızı yandırdıqda, gözəl qoxu yayacaqdır. (Çox sürtməyin)

Ətirləriniz bitdikdə kiçik ətir şüşələrini atmağa əliniz gəlmirsə, onları paltar şkafınıza qoyun. Beləcə paltarlarınızdan xoş ətir gəlməsini təmin etmiş olarsız.

OXŞAR YAZILAR
.Süfrəni necə açmaq lazımdır?
Gözəl açılmış süfrə xüsusi əhvali-ruhiyyə oyadır. Buna nail olmaq üçün bəzi məsləhətləri sizinlə bölüşürük. Hər qonağa böyük bir boşqab qoyun. Süfrə ləva
.Evin yığışdırılması və təmizliyi
Çox sadə görünən bu məsələ əslində çox dərin bir mövzudur. Hər gün yaşadığımız mühitlərin detalları gözmüzə çarpmır. İllər boyunca içində yaşadığımız bir evi əz
Evdəki havanı təmizləyən bitkilər
Evinizdə havanı təmizləmək üçün çoxlu bitkilər saxlayın. Evinizi bitkilərlə dekorasiya etsəniz, onlar sizə evinizdəki arzuolunmaz toksinlərdən (zəhərli maddələr
.Ev dekorasiyasında rənglərin dili
Seçdiyimiz divar kağızının rəngi ruhumuza təsir edir... Dekoratorların fikrincə, hər rəngin uyğun gəldiyi mühit və verdiyi enerji  fərqlidir. - İsti və şö
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
cinare (26 yanvar 2017 16:21)
Cox super meslehetlerdi tewekur edirem indi lanpaya etir tokub yoxlayacam cox maraqli geldi mene.
Nur (28 yanvar 2016 00:45)
Elaa. Hami lazimli meslehetlerdir.mende 1 . 2 sini deyim.caynik erp baglayibsa caynike soda ve su tokun qoyun qaynamaga . ...eger plasmas evde qabiniz saralibsa ici plasmasin icinde cox su qalanda saralir bu sariligi aparmagcun evvelce sirkeyle suyu 15 deq yaxin qabda qaynadin sora onu tokun hemen plasmasa ve surtun ter temiz olacag . Birde evde ag sap olmuyanda ag koyneke duyme tikmek istediz o zaman aciq goy ya rozuvu rengli sapla tikn ve duymenim ortasina hansi ki sapin gorunduyu yere ag lak cekin qurusun hec ferq bilinmir. Bulari ozum sinamiwam effektide
nazli (11 sentyabr 2015 17:01)
salam. sizlere meslehet: stekanin sarisini soda ile dumag ede bilersiz. sari yerleri soda ile surtun vesselam.
Altunay (07 iyul 2015 13:52)
Stekanin sarisini nece temizlemek olar
rufa (10 iyun 2015 00:12)
eziyyet ceken elleriniz var olsun ki, bizlerle bele deyerli meslehetleri paylasirsiniz. tesekkurler tesekkurler tesekkurler...
Reseptaz (26 fevral 2015 22:06)
Çox sağ olun.
nigar (25 fevral 2015 18:18)
vvtesekkurler
gunel (15 fevral 2015 20:46)
tewekkurler
Reseptaz (07 yanvar 2015 21:36)
Məsləhətinizə görə çox sağ olun.
cinare (05 yanvar 2015 14:12)
Cox gozel tesekkur men de bir necesini deyim bankaya 1 portagal soyun qabigini bankaya atin uzerine 1 stekan sirke tokun qalan agzina qeder de su.15 gun saxlayin sonra evdeki mebelleri silerken umumiyyetle toz alarken hemin sudan az az istifade edin otaqdan hem gozel qoxu gelecek hem pariltili olacaq hem de tebiidir kimyevi maddelerden uzaq olarsiz.ve bir meslehet de verim evi silerken suya kartofu soyub qabigini atin sonra silin parilti verir taxtaya tesekkur
Səadət (02 oktyabr 2014 15:55)
Allah razı olsun, paylaşdığınız üçün.
Reseptaz (21 avqust 2014 18:29)
Çox sağ olun.
Günay İbrahimova (10 mart 2014 22:38)
Çox gözəl məsləhətlətdi . Təşəkkür
Selma (29 yanvar 2014 21:53)
Eladi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.