Ətli piroq



Ərzaqlar:



Xəmir üçün:

2 ədəd yumurta (1nin sarısını üz üçün istifadə edirik)
1,5 st. Süd
1/2 st duru yağ
1 paket tez maya
2 x.q. şəkər tozu
1 ç.q. duz
Un aparanadək

İçlik üçün:
300 q hazır bişmiş ət qıyməsi
Üzü üçün:
1 ədəd yumurta sarısı
1 x.q. küncüt

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayırıq.

Dərin bir qaba südü ilıq isidib tökürük. Bura yağı, yumurtanın sarısının birini saxlayıb qalanını, duzu, mayanı, şəkər tozunu əlavə edib qarışdırırıq.



Unu az-az əlavə edib əvvəl qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.





İsti yerdə qoyuruq 1 saata xəmir gəlsin.



Sonra qozdan bir az böyük kündələr düzəldirik.



Kündənin birini götürüb yayırıq.



İçlikdən qoyub şəkildəki kimi bükürük.



Bu şəkildə hamısını düzəldirik.
Diametri 30-32 sm olan qaba yığırıq.



20 dəqiqə qoyuruq özünə gəlsin. Sonra üstünə yumurta sarısını çəkirik və küncütü səpirik



180 dərəcə qızmış sobada qızaranadək bişiririk.



Kündədən artıq qalsa balaca formada gül düzəldib bişirə bilərsiniz.





Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
konul (20 noyabr 2016 23:39)
Salam.sizin tutdugunuz kundeler 30a yaxindir ama piroqa 20ye yaxin. İsletmisiz qalan kundeleri nece deyerlendirirsiniz.?sizin sayti cox beyenirem tanislarada tovsiyye edirem.ugurlar size.
Reseptaz (13 oktyabr 2016 09:09)
30-45 dəqiqə
aydin (12 oktyabr 2016 19:06)
Reseptaz xahiş edirəm mən danişa biraz bilirəm qulaq eşitmirəm.. yemək bişirnəyə bilirəm.. ətli piroqu 180dərəcə sobada qoyub neçə dəqiaə bişirəcək? xahiş edirəm
Reseptaz (12 oktyabr 2016 16:16)
Üzü qızaranadək.
aydin (12 oktyabr 2016 12:54)
Ətli piroq 180dərəcə sobada qoyub neçə dəqiqə bişirir?
gunay (11 oktyabr 2016 12:07)
tesekkur edirem
Reseptaz (10 oktyabr 2016 22:08)
Salam, salat 6-7 nəfərə bəs edər. Düyünü isə tam bişirmirsiniz bir az diri götürürsünüz.
gunay (10 oktyabr 2016 20:37)
plov hazirlayarken duyunu qaynamaqa qoyanda onu yari bismis goturub deme qoyuruq yoxsa tam bismesini gozluyuruk? ilk defe hazirlayacam saytiniz vasitesi ile. mene komey etseniz cox sevinerem
gunay (10 oktyabr 2016 20:34)
salam nar bilerziyi salatinin
Reseptaz (10 oktyabr 2016 10:24)
Salam, hansi salatin?
gunay (09 oktyabr 2016 11:01)
birde bilmey isteyiremki o salatin reseptinde goturulen erzaqlar nece neferlik nezerde tutulub? ennen o qeder gotursen nece nefere bes eder?
gunay (09 oktyabr 2016 10:57)
tesekkur edirem
Reseptaz (08 oktyabr 2016 21:11)
http://resept.az/Nar-bilerziyi-salati-2493.html
salam, bele hazirlayin su salmamalidir.
gunay (08 oktyabr 2016 20:30)
xahis edirem bilen varsa yazsin. Nar bilerziyi salatini hazirlayan varsa evvelle su salir onceden bilmey isteyirem
gunay (08 oktyabr 2016 20:28)
salam oncelikle ugurlar. Men nar bilerziyi salati reseptinizi cox beyendim hazirlayacam bilmey isteyirem nece edimki salat sua salmasin? 2,3 saat onceden hazirlasam bu salati su salar? soyuducuda saxlasam dadi deyismezki?
mina (07 oktyabr 2016 11:29)
ela çox gözəl

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.