Əncir mürəbbəsi





Ərzaqlar:



2 kq əncir
2 kq şəkər tozu
2 stəkan su

Hazırlanması:

Ənciri yuyuruq.



Sonra bıçaqla qabığını soyuruq. Çəngəl ilə 2-3 yerdən deşirik.





Mürəbbəni bişirəcəyimiz qaba şəkər tozu ilə suyu töküb əridirik.



Sonra əncirləri bura əlavə edib qarışdırırıq.



Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq.



1 saat qalır.



Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk. Kəfini yığırıq.





Suyu qatılaşmağa başlayanda götürürük. Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük.



Qabda tamam soyuduqdan sonra bankalara yığırıq.





Nuş olsun!


OXŞAR YAZILAR
.Şaftalı mürəbbəsi 2
Ərzaqlar: 2 kq şaftalı 2 kq şəkər tozu 1 stəkan su Hazırlanması: Şaftalını təmizləyib yuyuruq. Qabığını soyub dilimləyirik. Mürəbbən
.Qarpız mürəbbəsi
Ərzaqlar: 3 kq doğranmış qarpız 3 kq şəkər tozu 4 stəkan yarım su Hazırlanması: Bir ədəd qabığı qalın qarpız dilimləyib içini və qabığını kə
.Şaftalı mürəbbəsi
Ərzaqlar: 2 kq şaftalı 2 kq şəkər tozu 2 stəkan su Hazırlanması: Şaftalını təmizləyib yuyuruq. Qabığını soyub dilimləyirik.
.Cənnət alması mürəbbəsi
Ərzaqlar: 2 kq cənnət alması 2 kq şəkər tozu 3 stəkan su Hazırlanması: Almanı təmizləyib yuyub çəngəl ilə 2-3 yerdən deşirik. Çən
.Heyva mürəbbəsi
Ərzaqlar: 1 kq heyva 1 kq şəkər tozu 1,5 st su Hazırlanması: Heyvanı təmizləyib yuyub doğrayırıq. Doğranmış heyvalarıtəmiz yuyub üstünə qay
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.