Düyü ilə doldurulmuş hinduşqa qızartması



Ərzaqlar:



1 ədəd hinduşqa (3-3.5 kq)

2 ədəd baş soğan

7-8 ədəd alça turşusu

Duz

İçlik üçün:

1 st düyü

Hinduşqanın çiyəri, böyrəyi və ürəyi

2 ədəd baş soğan

50-100 q kərə yağı

50 q kişmiş

1-2 x.q zirinc

Duz

İstiot

Üstü üçün:

1 ç. q pomidor məti (tomat)

2-3 x.q duru yağ

1 x.q ərinmiş kərə yağı

1 ədəd limonun suyu

Duz

Istiot


Hazırlanması:

Hinduşqanı təmizləyib yuyub qazana qoyuruq. Üstünə alçanı və 2 ədəd soğanı yarı bölüb atırıq.Üstünə çıxanadək su əlavə edib bişməyə qoyuruq. Bişənə yaxın duz əlavə edirik.




İçliyi hazırlamaq üçün soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb üstünə yağ, duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.




Hinduşqanın çiyərini, böyrəyini və ürəyini yuyub üstünə su töküb bişməyə qoyuruq. Bişənə yaxın duz əlavə edirik.



Hazır olduqda bıçaqla xırda doğrayırıq.



Düyünü adi qaydada plovlarda olduğu kimi yarıhazır duzlu suda bişirib süzürük.



Qovqulmuş soğanın üstünə əvvəl doğranmış əti əlavə edib 3-5 dəqiqə qovururuq. Istiot vururuq.



Sonra üstünə kişmiş ilə zirinci təmizləyib, yuyub tökürük. Yenə 2-3 dəqiqə qarışdırırıq.



Sonra üstünə süzülmüş düyünü töküb qarışdırıb götürürük.

İçlik hazırdır.



Üstünə sürtmək üçün yağları, tamatı, duzu, istiotu və limon suyunu qabda bir yerdə qarışdırırıq.



İçliyi hinduşqanın içinə yığırıq.



Hazırladığımız şirəni hinduşqanın üstünə çəkirik.



Qaba kağız qoyub hinduşqanı qoyuruq.



180-190 dərəcə qızdırılmış sobada hər tərəfi tam qızaranadək bişiririk.



Hazır yeməyi qaba qoyub zövqə görə istədiyiniz kimi hazırlayıb süfrəyə verə bilərsiniz.




Nuş olsun!

OXŞAR YAZILAR
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Gulnar2013 (10 aprel 2016 00:02)
supeeeeeeer
Reseptaz (12 yanvar 2015 21:38)
Salam. Çavan olanda yaxşı bişir. Amma yaşlı olanı qaynatmaq lazımdır məncə. Nuş olsun.
Reseptaz (10 yanvar 2015 17:26)
Hinduşqa cavan olanda qaynatmasaniz da bişəcək. Yaşlı olsa mütləq qaynatmaq lazımdı. Təşəkkürlər.
gulzar (08 yanvar 2015 23:35)
mən sobada hinduşkanı bu yaxınlarda bişirmişdim .heç çiy qalmadı.yəgin siz çiy qalmasın deyə qaynadırsız.ancaq qaynayanda dadı suya çıxar.olAr heç qaynatmayaq?
Reseptaz (07 yanvar 2015 21:23)
Nuş olsun. Çox sağ olun.
gulzar (03 yanvar 2015 23:44)
inşallah gələn həftə qonağımız olanda bişirəcəm...təşəkkürlər...
Reseptaz (03 yanvar 2015 09:35)
Salam. Düyü dən-dən olur. Həm də yeyənlərin çox xoşuna gəldi.Təşəkkürlər.
gulzar (03 yanvar 2015 00:13)
içində düyünün olmağı mənə maraqlı gəldi...içliyi dadlı olur? əzilmir?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.