Döşəməli aş



Döşəməli aş Azərbaycanın milli plov növlərindən biridir.

Ərzaqlar:



5 st uzun düyü

1 ədəd doğranmış toyuq

500 q təmizlənmiş şabalıd

3 ədəd soğan

4 x.q əridilmiş kərə yağı

3 x.q. alça turşusu (palçıq turşu)

1 st kişmiş

10 ədəd qaysı

10 ədəd albuxara ya da alça turşusu

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Soğanı xırda doğrayıb üstünə duz töküb əlimiz ilə əzirik.



Yuyulub suyu süzülmüş toyuq ətinin üstünə soğanı,alça turşusunu duzu və istiotu əlavə edib qarışdırırıq. Aşı bişirməmişdən bir gün qabaq toyuğu turşulayanda daha da dadlı olur.



Təmizlənib yuyulmuş kişmiş ilə qaysını yağda qovururuq.



Turşu yumşaq olsun deyə 10 dəqiqə qaynar suda saxlayırıq.



Turşunu da yağda qovururuq.



Şabalıdın qabıqlarını təmizləyirik. Bax: Şabalıdın təmizlənməsi Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.



Böyük qazana su töküb qaynadırıq. Qaynayan suya duz əlavə edirik. ( 7 litirlik qazana 3 x.q duz tökülür) Su duzlu olur ki, düyü xırdalanmasın həm də şit olmasın. Yuyulmuş düyünü qaynayan suya töküb qarışdırırıq.



Düyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.



Qazmağı hazırlayaq. Qatıq ilə yumurtanı qarışdırırıq.



Qazana az yağ tökürük əridirik. Ərimiş yağın üstünə az düyü tökürük. Yumurta ilə qatığın qarışığını qazanın dibinə töküb düyü ilə qarışdırıb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.



Üstünə az düyü əlavə edirik.



Bir tərəfə turşulanmış toyuğu, digər tərəfə isə şabalıdı yığırıq.



Üstünə düyünü əlavə edirik. Turşuları da düyünün içinə dəm almağa qoyuruq.



Qalan düyünü üstünə töküb yağ verib dəmə qoyuruq. Qazanın altına qalın dəmir ya da tava qoyuluq ki, qazmaq yanmasın. Qazanın qapağına təmiz dəsmal qoyuruq ki, düyü dəm alanda suyu içinə tökülməsin.





Aş 2 saat dəmdə qalmalıdır. Qazmaq tutanda aş hazırdı. Aşı süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq, ət və  şabalıd qoyulur, kişmiş, qaysı, turşu düzülür və yağ tökülür.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 aprel 2017 11:36)
Salam, zövqünüzə görədir, dadında elə bir fərq olmur.
Tamara (12 aprel 2017 15:46)
Salam. menim nenem plov bisirerken icine sarikok atmir.Indi men bilmek isteyiremki sarikoku atmasq olar. yeni dadinin hec bir ferqi yoxdu.
Reseptaz (14 iyun 2016 18:57)
Salam, quzu ilə də yaxşı alınır
Turane (14 iyun 2016 16:50)
toyuq etinin yerine qoyun ve ya mal eti atsaq olar?????????????
Reseptaz (13 mart 2015 22:00)
Salam. Niyə ki hər iki düyüdən də bişirirlər. Amma siz deyən kimi düyünün növünə görə dadları dəyişir. Mənim nənəm də məhsul düyüsündən bişən aşı xoşlayardı. Təşəkkürlər.
Münəvvər (04 mart 2015 11:09)
Ağdaşda AŞ bişirmək üçün uzun düyüdən istifadə etmirlər,xüsusilə də döşəməli AŞ üçün.Ağdaşın özünün yerli düyü deyilən düyüsü var.Həmin düyüdən bişirilən döşəmə plovun cox gözəl dadı olur.
medina (21 dekabr 2014 14:25)
Sirniyat
medina (21 dekabr 2014 14:25)
Sirniyat
Reseptaz (08 may 2014 14:31)
nush olsun
Banucicek (08 may 2014 11:42)
coooooooooox sagolun
Reseptaz (04 aprel 2014 22:52)
Təşəkkür edirik. Uğurlar.Nuş olsun.
Ayshe (19 mart 2014 21:10)
coooooox sag olun....Allah razi olsun sabah edecem alinan kimi size yazacam...cvb yazdiginiza gorede cooox sag olun
Reseptaz (19 mart 2014 20:39)
Salam. Düzdü düyülər növlərinə görə gec ya tez bişir. Siz istifadə etdiyiniz düyü tez bişən olub. Bu dəfə bişirdikdə suda qaynadıb süzdükdə çox bişirməyin.Bir az diri götürün.Allah qoysa bu dəfə yaxşı alınar. Dəmə qoyduqda da fikir verin vam odda olsun ki ət bişsin. Lap aşağı odda da olmaz.Onda aş yaxşı dəm almır.Aşı dəmlədiyiniz qazanı qazanın altı boyda tavanın üstünə ya da hündür dəmirin üstünə qoyub dımə qoyun.Ən yaxşısı çuğun tavadı. Nuş olsun.Təşəkkürlər.
Ayshe (19 mart 2014 16:04)
Inwallah alinar....men ukraynada qallam duyuleri bizim duyuler kimi deyil...bi defe elemek isdedim hec oldu.duyu xewil oldu...4 bardak tokdum .yaqin yene ele olmaz(((((...ilk defe edecem....Inwallah alinar...cooox sag olun sade yolla gorsedirsiz Allah razi olsun
damla (21 fevral 2014 10:56)
salam
heyat sensen (16 fevral 2014 22:39)
Ezyet cekenlere tesekur super
Reseptaz (10 fevral 2014 00:11)
Tezliklə ətlə olan növünü sayıtımıza yerləşdirəcəyik.Təşəkkürlər.
aygunka bakinka (21 dekabr 2013 18:46)
Toyuqdan olmaya da biler etdende ola biler
Reseptaz (10 dekabr 2013 20:20)
cox sag olun
MEHRIBAN (10 dekabr 2013 17:29)
ALLAH BUTUN EZIYYET CHEKENLERE CAN SAGLIGI VERSIN .BUTUN RESEPTLER YAXSHI CHIXR .ELLERINIZ DERS GORMESIN
Reseptaz (29 oktyabr 2013 09:31)
Emeyimizi qiymetlendirdiyiniz ucun sizlere de cox tesekkur edirik..
Nigar (29 oktyabr 2013 07:41)
salam.sizin verdiyiniz reseptlerden her zaman istifade edirem cox super alinir.TESEKKURLER.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.