Döşəmə plov



(Qubadlı mətbəxi)

Ərzaqlar:


4 st uzun düyü
1 ədəd toyuq
200 q zoğal və ya zoğal axtası
4-5 x.q əridilmiş kərə yağı
2-3 ədəd baş soğan
Zəfəran
Duz

Hazırlanması:

Düyünü yuyub ilıq suda islağa qoyuruq. Suyuna duz tökürük.
Soğanın qabığını soyub yuduqdan sonra nazik halqa doğrayırıq.

Üstünə duz səpib, əlimizlə əzib açı suyunu çıxarırıq.

Toyuğu təmizləyib yuyub ortadan kəsirik. Düzlayırıq. Zövqə görə istiot vura bilərsiniz.

Düyünü bişirmək üçün suyu qaynadırıq duzu əlavə edib düyünü yarıhazır vəziyyətdə bişirib süzürük.

Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik.

Süzülmüş düyüdən az töküb yayırıq.

Toyuğu qoyuruq.

Üstünə soğanı sıxıb tökürük və zoğalı əlavə edirik. (Zoğalla soğanı qarışdırıb tökə də bilərsiniz)


Qalan düyünü toyuğun üstünə tökürük.

Düyünün üstünə zəfəran ya da sarıkök və yağ töküb plovu vam odda dəm almağa qoyuruq. Arada yoxlamaq lazımdır ki, dibi tez yanmasın və toyuq bişsin.
Plovumuz 2 saata dəm alacaq.

Plov hazır olduqda düyünü qaba çəkib toyuğu ortaya qoyub yanını zoğalla bəzəyirik. Üstünə qaynar yağ töküb süfrəyə veririk.


Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (01 sentyabr 2016 09:17)
Salam, qaynatmağa ehtiyac yoxdur.zoğal isə zövqə gorədir istəsəniz atmaya bilərsiniz.
Fidan (30 avqust 2016 11:18)
Salam. Cox gozel gorunur ama iki sualim var, cuceni qaynatmaq lazim deyil? Ve zogal olmasa olar?
Reseptaz (11 iyun 2015 16:30)
salam, xeyir artiq yeni reseptlerimiz hazirdir, bu axsam veya sabahdan paylasilacaq. diqqetinize gore tesekkur edirem..
mah (11 iyun 2015 16:13)
salam,resept.az!nece gundur sehifenize daxil oluram yeni teamlarin yerlesdirilmediyini gorurrem.Bilmek isterdim saytiniz qeyri feal olacaq bundan sonra?
Mesmehuseynova (03 iyun 2015 15:35)
Ləziz
Reseptaz (31 may 2015 21:06)
Salam. Allah qoysa maşlısını da bişirib qoyarıq. Təşəkkürlər.
Sevinc (31 may 2015 18:39)
Elinize sagliq.Bu plov cox lezzetli olur.Amma bu plovda mash catishmir,esl Qubadli plovuna duyuye mash da qatirlar.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.