Dilbər Ramizqızının şəxsi bloqu



Əziz resept.az istifadəçiləri. Bilirsiniz ki, böyük həvəslə hazırladığım reseptləri artıq beş ildir ki, daimi olaraq sizlərlə saytımda bölüşürəm. Zənginliyin bölüşmək olduğuna inanmış birisi olaraq bunun qarşılığını yolladığınız səmimi təşəkkürlərinizdə hiss edirəm. Elə bu hissdir ki, məni hər gün axşam zehni olaraq yorucu bir işdən gəldikdən və iki məktəbli qızımın sabahkı dərslərini də qaydasına saldıqdan sonra mətbəxə keçib, paylaşmağa dəyər bir yemək hazırlamağa və bunları gec vaxtlara qədər səhmana salıb sizlərlə bölüşməyə vadar edir. Reseptlərin təkrar olmaması üçün bəzən yeni reseptlər arasında fasilələr olur. Bilirəm ki, sizlər də daim olaraq yeni reseptlər gözləyirsiniz və mən də əlimdən gəldiyi qədər yeni reseptlər əlavə etməyə çalışıram. Artıq www.resept.az saytı xanımlarımız üçün öz dilimizdə izahlı bir şəkildə yüzlərlə milli və xarici reseptlərin cəmləndiyi önəmli bir məkandır. Bu məkanı daim yeni reseptlərlə zənginləşdirmək üçün həyacanla çalışıram.

Bu gün sizə resept.az ilə paralel yeni layihəm – yemək bloqum haqqında məlumat vermək istəyirəm. Əgər Resept.az bir reseptlər məcmusudur və məqsədi də reseptləri sinadıqdan sonar onları aydın, izahlı şəkildə xanimlarımız üçün əlçatan etməkdirsə, bloqda isə məqsəd
sizlərlə sadəcə reseptləri deyil, sevərək hazırlanan hər bir yemektə olduğuna inandığım həyacanı, mətbəxə olan marağımı, sevgimi və mətbəxtə tapdığım sükunəti paylaşmaqdır.
Ümid edirəm bloqumu da bəyənəcəksiniz. Sizləri bloquma və bloquma aid FB səhifəsinə
dəvət edirəm.

menimmetbexim.az
FB-menimmetbexim.az

OXŞAR YAZILAR
.Su çərşəmbəsi - Əzəl çərşəmbə
Su təmizlik saflıqdır. Su hər şeyin əzəli və çıxış nöqtəsdir. Su çərşəmbəsində təbiət hələ yuxuludur. Ona görə də insanlar " Ay çərşəmbə, sən mənimlə ç
.Yeni İliniz Mübarək!
Bu gün təqvimlərdən bir yarpaq daha əksilir. 2016 başa çatdı, 2017-ni qarşılayırıq... Bu günün Azərbaycan xalqı üçün başqa bir əhəmiyyəti var. Bu gün Həmrəy
.Bayrağımız daim yüksəklərdə dalğalansın.
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 192
.Qurban Bayramı
Qurban bayramı,İslam aləmində ən muqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və
.Meyvə qurularının faydaları
Hal hazırda payız və qış aylarında supermarketlərdə istənilən meyvələri almaq mümkündür. Lakin həkimlər bu meyvələri yemək tövsiyə etmirlər. Məsələ burasın
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.