Darçınlı qurabiyə



Ərzaqlar:


50 q kərə yağı
1/2 st şəkər tozu
1 ədəd yumurta
1,5 st un
1 paket qabartma tozu
1 paket vanil
1ç.q darçınYaymaq və kəsmək üçün əlavə un götürmək lazımdır.

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu çalırıq.

Sonra yumurtanı əlavə edib qarışdırırıq.

Vanili, darçını, qabartma tozunu və unu ardıcıl olaraq əlavə edib qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmiri 0,5 sm qalınlıqda yayıb fiqurlarla kəsirik.Rahat kəsmək üçün fiqurların ağızlıq hisələrini una batırmaq lazımdır. Fiqurlar ilə kəsdikdə yandan çıxan xəmirləri kündəliyib yenidən yayıb kəsirik. Xəmir qurtaranadək bu qayda ilə davam edirik.



Xəsilmiş xəmiri soba qabına kağız qoyub aralı yığırıq.

180-175 dərəcə qızdırılmış sobada az qızaranadək bişiririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Şokoladlı qozlu piroq
Ərzaqlar: Ovxantı üçün: 200 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 2,5 st un 50 q şokolad 50 q qoz ləpəsi Arası üçün: 100 q tünd şokolad 1 ba
.Almalı qozlu keks
Ərzaqlar: 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 ədəd yumurta 50 q qoz ləpəsi 2 ədəd alma 1 paket qabartma tozu 1 paket vanil ½ st buğda ni
.Ananaslı kiçik kekslər
(15 ədəd muffin üçün) Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 200 q yumşaq kərə yağı 1 st şəkər tozu 4 ədəd yumurta 1,5 st un 1 paket qab
.Kəsmikli kokoslu qurabiyə
Ərzaqlar: 200 q kəsmik 100 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 50 q kokos 1 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu 2 st un Yayma
.Nutellalı qurabiyə
Ərzaqlar: 200 q kərə yağı 1/3 (üçdə bir) st şəkər pudrası 1 ədəd yumurta 2,5 st un 1 paket qabartma tozu 1 paket vanil Nutella Xəmirin altına
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
zaur (09 sentyabr 2016 17:08)
men cox xosbextem
Hayat (09 mart 2016 20:02)
Nece derecede bisir ve nece deqiqeye?
Sabina (20 fevral 2016 18:50)
xemirin ele yapismamasi ucun ne etmek lazimdi? un eleve edirem yene yapisir(
Reseptaz (15 fevral 2016 09:16)
tesekku edirem
Sebine (14 fevral 2016 17:13)
Salam darcini hec sevmirem maraq ucun eeldim evdekiler yeyib cox beyendi cox sag olunny
Reseptaz (13 yanvar 2016 09:11)
nus olsun, cox sag olun
gunka (12 yanvar 2016 21:54)
Bişirdim çox gözəl alındı. Darcini sirniyyatlari çox sevirem. Res3pde görə təşəkkür. .
Reseptaz (23 dekabr 2015 17:30)
cox xirt xirt deyil orta olur, ola bilsin soba cox isti olub ..
Aynur (23 dekabr 2015 01:41)
mende xirt-xirt alindi.Bele olmalidi yoxsa yumshaq?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.