Dadlı salat



Ərzaqlar:


200 q toyuğun döş əti
100 q qara gavalı
50 q kişmiş
50 q qoz ləpəsi
1 ədəd qırmızı çuğundur
2 ədəd kök
100 q holland pendiri
3 ədəd yumurta
1/2 ədəd baş söğam
1/2 ya 1 diş sarımsaq
Duz
Mayonez

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk.Soyuduqdan sonra xırda doğrayırıq.

Qırmızı çuğundur, yumurta və kökü suda bişiririk.

Soyuduqdan sonra qabığını soyub təmizləyirik. Hər üçünü süzgəcin böyük gözündən keçiririk.



Kişmişi yumşaq olmasa qara gavalını da isti suda saxlayıb yuyub qurulayırıq. Qara gavalı yumşaq olsa eytiyac yoxdur.

Qara gavalını xırda doğrayırıq.

Qozu bıçaqla doğrayırıq.

Pendiri süzgəcin böyük gözündən keçiririk.

Soğanı təmizləyib yuyub xırda doğrayırıq. Sonra qaynar suda 10 dəqiqə saxlayıb sonra soyudub, qurulayırıq.


Sarımsağı əzib süzgəcdən keçirilmiş pendirlə qarışdırıb üstünə az duz səpib, mayonezlə qarışdırırıq.


Qara gavalını soğan ilə birgə qarışdırıb az duz səpib mayonezləyirik.

Qırmızı çuğunduru doğranmış qozla qarışdırıb az duz səpib mayonezləyirik.

Kökü kişmişlə bir qarışdırıb az duz səpib mayonezləyirik.

Toyuğun döş ətinin üstünə mayonez töküb qarışdırırıq.

Qab götürüb salatı aşağıdakı ardıcıllıqla yığırıq.
1-ci lay Toyuğun döş ətinin qarışığını tökürük.

2-ci lay qara gavalı ilə soğan qarışığını tökürük.


3-cü lay qırmızı çuğundur ilə qoz qarışığını tökürük.


4-cü lay kök ilə kişmiş qarışığını tökürük.


5-ci lay pendir ilə sarımsaq qarışığını tökürük.


6-cı lay yumurtanı töküb duz səpirik.

Üstünü zövqə görə bəzəyirik.


Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
baki (16 dekabr 2016 15:15)
Hmm
Yəmən (08 noyabr 2016 16:56)
daaaaaadli oldu cox sağolun.
Reseptaz (18 sentyabr 2016 20:23)
nuş olsun.
gulnar (14 sentyabr 2016 13:19)
mence cox dadli gozel salat alinar
Reseptaz (25 iyul 2016 00:07)
Çoc sağ olun.
Vefa (24 iyul 2016 18:57)
ay mawallah her weyi deqiq seliqeye soz yoxdur
leman (07 aprel 2016 15:42)
cox asan imis
aysel (01 aprel 2016 16:11)
superdirrrr
Esmanin anasi (09 fevral 2016 21:24)
Super salatdi.. ama men kiwmiwsiz etdim☺
aksana (24 yanvar 2016 16:47)
Salata hazirlamaq qaydasi
Guler (11 dekabr 2015 02:18)
Goresen kiwmiwle sarimsaq bir yerde nece dad verer?
Reseptaz (14 sentyabr 2015 21:57)
nuş olsun.
Elcin (14 sentyabr 2015 16:51)
cok guzel
Nigar (01 avqust 2015 21:20)
Salam. Qozu qovursam olar? Kohne tami verir ((

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.