Çörək haqqında bilmədikləriniz nələrdir?


Qarabağda çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, közləmə, kömbə, lavaş, xamralı, yuxa, fətir, qalınça, maldili, çapartma, cad, ajıtma.

Qışda da, yayda da ən sevimli çörək növü kağız kimi nazik olan yuxadır.

İstifadədən qabaq yuxaların üzərinə su səpirlər və sanki yuxa "təzə" olur.

Qasidlər üçün yuxanı un şəklində üyüdürdülər ki, onlar atdan düşmədən yesin.

Yuxaya su və qurumuş ət əlavə etdikdə hərrə, xəşil tipdə xörək hazırlana bilərdi.

Yuxadan ənənəvi "dürmək" və "bürmək" buterbrodları da hazırlanır.

Bunun üçün yuxanın içinə pendir, kəsmik, göyərti, yağ, mürəbbə, yaxud da ət qoyur və aşağı hissəsini qatlayırlar ki, içlik tökülməsin.

Ən qədim saclar gildən düzəldilib və Qarabağda – Üzürlüktəpədə (Ağdam rayonu) arxeoloji qazıntılar aparılan zamanı tapılıb.

Saclar yalnız yuxa və çörək hazırlamaq üçün deyil, həm də onun üzərində cad, kətə, qutab (ət və digər içliklərlə), fəsəli və başqa yeməklər – saciçi, qovurma, cız-bız və s bişirmək üçün istifadə edilir. Çevrilmiş sacı tava kimi istifadə edirdilər.

Başqa regionlardan fərqli olaraq Qarabağda sacda "laylı yuxa" bişirirdilər. Bu üsulla yuxanın bir tərəfi o biri yuxanın üzərində bişir.

Qarabağda lavaşı ən çox Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında bişirirlər. Sac altında və təndirdə qat-qat xəmirdən "kömbə" hazırlayırdılar.

Qarabağın südlü çörək, fəsəli, bişi, yağlı kökə, əyirdək, köppəcə, səkkizlik kimi un məmulatları da daha çox məşhurdur. Kətəyə diqqət edək. Yayılmış yuxanın yarı hissəsinə göyərti və müxtəlif içliklər (pendir, kəsmik, kartof və sair) qoyur, yuxanın o biri hissəsi ilə örtüb, qıraqları barmaqla yapışdıracaq sacda bişirirlər.

Süfrəyə verilən zaman içinə bir tikə yağ qoyulur və yanında qatıq verilir. Kətənin digər növü qutabdır. Onun ölçüləri daha kiçik olur və içlik üçün göyərti, ət, boranı və s.-dən istifadə edirlər. Onlar Azərbaycanda bişən çebureklərə (çiy börək, ət ilə börək) oxşayır, amma çebureklərdən fərqli olaraq onları qızardılmır, yağsız bişirilir. Belə un məmulatları bütün türk xalqlarına məxsusdur. Məsələn, Türkiyədə onu "Ay Börək", Borçalıda "tayçarıq", Başqırdıstanda və Tatarıstanda "kıstıbıy" adlandırırlar.

Qarabağ Mətbəxi kitabı

OXŞAR YAZILAR
.Novruz süfrəsi
Novruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirni
.Meyvələr haqqında - bilmək faydalıdır.
* İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur! * Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki si
.Mətbəxlə bağlı faydalı məsləhətlər
Sizə mətbəxlə bağlı praktik bilgilər təqdim edirik: Sobanıza hopmuş yemək qoxuları üçün yemək bişirməzdən əvvəl sobanın ortasına yarısı sirkə, yarısı su
.Resept.az-dan oxuculara Yeni il təbriki
Yeni il yaxınlaşır. 2016-cı ilə artıq 3 gün qalıb. Resept.az olaraq bütün oxucuları həm Dünya azərbaycanlılarının həmrəylik günü, həm də Yeni il münasibəti
.Qarabaşaqın insan orqanizmi üçün faydaları
Sizə "qreçka" adı ilə tanıdığımız qarabaşağın faydaları haqqında yazırıq. Qarabaşaq dünyanın bir çox ölkəsində istifadə olunur. Genetik dəyişikliy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.