Çizkek



Ərzaqlar:



Alt qatı üçün:
1,5 paket eti petit beurre
150 q kərə yağı

İçliyi üçün:
600 qr labinə pendir
400 qr krem qaymaq
3 x.q un
3 ədəd yumurta
1 st şəkər tozu
1 paket vanil

Üstü üçün:
200 q krem qaymaq
1 paket tund şokalad
1/2 paket ağ şokalad

Hazırlanması:

Qurabiyəni əzib yağı əridib qarışdırırıq.





Diametri 26 sm olan qaba kalka kağızı sərib töküb yayırıq.
Üstündən qaşıqla bərkidirik. Qoyuruq soyuducuya və içliyi hazırlayana qədər soyuducuda gözlədirik.



İçlii hazırlamaq üçün yumurtadan başqa bütün ərzaqları qaba töküb qaşıqla qarışdırırıq.





Yumurtaları da əlavə edib qarışdırırıq.





Üstünə tökürük.



170 dırəcə qızmış sobada 1 saata bişiririk.



İliq olandan sonra 1-2 saat soyuducuya qoyuruq tamam soyuyur.



Üstünü bəzəmək üçün kaymağı 1/3-ni bir qaba qalanını bir qaba töküb istidirik.
Çox olana tünd şokaladı az olana ağ şokaladı töküb vam odda əridirik.
Çizkeyki soyuducudan çıxarıb tünd olanı üstünə töküb yayırıq.



Ağ şokalad ilə bəzək salırıq.



Yenidən soyuducuya qoyuruq.Bir neçə saatdan sonra yeyə bilərsiniz.Yaxşı olar ki, axşam hazırlayıb qoyasınız sabahı çay süfrəsində ləzzətlə yeyəsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
alya (07 noyabr 2017 21:13)
görüntüsü və dadı superdi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.