Bütöv ərik mürəbbəsi



Ərzaqlar:

2 kq ərik (tumu çıxarılmış)
2 st su
2 kq şəkər tozu

Hazırlanması:

Əriyi yuyub içindən tumunu çıxardırıq. Mən çəyirdəyini limon götürən çəngəl ilə çıxartdım. Üzündə olan balaca qaraları bıçaqla alırıq.



Qazın üstündə mürəbbəni bişirəcəyimiz qaba şəkər tozunu və suyu töküb əridirik.



Əriyən kimi ərikləri töküb qarışdırırıq.



Asta –asta qarışdırıb qaynamağa başlamasını gözləyirik. Elə ki, ağ köpük çıxmağa başlayır mürəbbəni götürüb yana qoyuruq.



Tamam soyuduqdan sonra yenidən ocağa qoyuruq.



Yenə qarışdıra qarışdıra baxırıq ki, qaynamağa başlayıb kəfi çıxanda bir az götürüb yenidən mürəbbəni ocaqdan alırıq.
Yenə tamam soyuyur. Sonra yenidən ocağa qoyub bişiririk.



Kəfi çıxdıqca yığırıq.



Qarışdıra-qarışdıra baxırıq suyu qatılaşmaq istəyəndə götürürük.



Ocaqdan alandan sonra üzündə olan kəfləri də tamam yığırıq.
Tamam soyuduqdan sonra bankalara yığıb götürürük.





Nuş olsun!


OXŞAR YAZILAR
.Ağ gilas mürəbbəsi
Ərzaqlar: 3 kq Ağ gilas 3 kq şəkər tozu 2 st su Hazırlanması: Gilası yuyub tumunu çıxardırıq. Tumunu çıxardıb su dolu bir qazana yığırıq. Q
.Maskarpon pendiri ilə qaymaqlı krem
Ərzaqlar: 500 q qaymaq 33 faizli 250 q maskarpon pendiri 8 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı bərkiyənədək çalırıq. Üstün
.Qaymaqlı krem 3
Ərzaqlar: 500 q qaymaq 33 faizli 8 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı bərkiyənədək çalırıq. Üstünə şəkər pudrasını və vani
.Kakaolu krem 2
Ərzaqlar: 3 x.q kakao 200 q kərə yağı 1 qutu qatılaşdırılmış süd 1 paket vanil Hazırlanması: Yağı ağaranadək mikserlə çalırıq. Sonra qatı
.Od Çərşənbəsi
Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Arzu (09 iyul 2017 14:26)
Ellerinize sagliq,men de biwirdim ama ustu kef baglayibe ((

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.