Bulka - 7



Ərzaqlar:

(35-40 bulka alınır)


200 qr kərə yağı
2,5 st süd
3 ədəd yumurta(2 sarısı üzünə)
3/4 st şəkər tozu
3/4 ç.q duz
1 paket tez maya
1 paket vanil
Aparanadək un
2 x.q duru yağ (bulkalar hazırlandıqdan sonar üzünə çəkilmək üçün)

Hazırlanması:

Unu dərin bir qaba ələyirik.(Əvvəlcə 6 -7 st un götürün. Sonra lazım olduqca əlavə edərsiniz)Üstünə şəkər tozunu, duzu, mayanı, vanili tökürük.Yumurtanın ikisinin sarısını üzünə çəkmək üçün saxlayıb qalanı unun üstünə tökürük.

Südü ilıq istidirik. Yağı isə əridirik ilıq olanadək gözləyirik.Süd ilə yağı unun üstünə əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq xəmir yoğururuq.(Lazım gəldikcə undan tökürük.)

Xəmirin üstünə klyonka çəkib isti yerdə acımağa qoyuruq.
Xəmir 1-1,5 saata acıyacaq.


Xəmirdən balaca kündələr düzəldirik.


Kündənin birini götürüb uzunsov yayırıq.

Kəsib 5 balaca kündə düzəldirik.

Kündənin hər birini yayıb şəkildəki kimi bükürük.



Beşini də bir-birinə yapışdırırıq.Əlavə balaca kündə düzəldib ortasına qoyurb yapışdırırıq. Gül formasını alırıq.

Hamısını bu şəkildə hazırlayıb soba qabına kağız qoyub aralı yığırıq.
Üzünə az duru yağ çəkirik. Yenidən üzünə klyonka çəkib 30 dəqiqə ya da 1 saat saxlayırıq .(Ona görə saxlanılır ki, kündələr şişməlidir)Sonra üzünə yumurta sarısı çəkib 180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.


Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
efsane (24 yanvar 2017 00:38)
Salam. Evvela paylasdiginiz ucun tesekkurler. Men bu reseptle eledim ama nese sirke iyine oxsar iy gelir bulkadan. Goresen neden ola biler yagdan yoxsa mayadan?ustune tez maya yazilmamisdi ama yasil 10qr mayanin hamsni tokdm
nuray (14 iyul 2016 21:58)
Bu formaya görə daha şirin resept yaza bilərsiniz
Reseptaz (14 iyul 2016 11:44)
Salam, nuş olsun. adi maya işlədəndə gərək xəmiri gəlməsi üçün daha çox gözləməli olacaqsınız.
nuray (13 iyul 2016 22:17)
çox dadlı olmuşdu.hər kəs bəyəndi.
Fiza (28 mart 2016 13:53)
Salam xanim, tez maya yerinə adi mayadan istifade etmək olar?yoxsa sizdeki ki xemir effektli qalxmayacaq?
Reseptaz (28 mart 2016 09:18)
Salam, hazırlayıb paylaşarıq inş.
Səma (27 mart 2016 20:19)
Salam maşın tortunun reseptini yazin xahis edirəm
Səma (27 mart 2016 20:16)
maşın tortunun hazırlanması
Reseptaz (11 fevral 2016 08:57)
tesekkur edirem, sag olun
aise (10 fevral 2016 17:37)
Salam.men bisirdim..super oldu..dadli..cooox sagolun resepte gore.....
Reseptaz (10 fevral 2016 09:02)
insh. yaxsi alinar
Nur1995 (10 fevral 2016 00:56)
Men de ilk defe biwirecem bele qaydada.baxaq nece alinir.ama gorunuwu superdi.tsk edirem
Nur1995 (10 fevral 2016 00:54)
..........
Ezize (10 yanvar 2016 16:36)
xahis edirem teze reseptler gonderin mailime. beri basdan sirin paylasimlariniza tesekkur edirem.
defnenihanasli (04 yanvar 2016 13:21)
cok guzel yaa bayildim
Reseptaz (08 dekabr 2015 21:03)
tez maya, 10 qramliq paketlerde olur, ustune tez maya yazir.
gunay (08 dekabr 2015 20:41)
tez maya adi drojdu?
Reseptaz (26 noyabr 2015 20:42)
bele duz basha dusubsunuz
MEHBULE (26 noyabr 2015 18:44)
burda pesoq 1 stekanin 4de 3-cudu,yoxsa,tam anlamadim,xahis edirem cavab yazardiz
Azade (24 noyabr 2015 20:20)
Cox sagolun.ela reseptdi.hemde cox dadlidi.
Reseptaz (22 noyabr 2015 21:06)
tesekkurler
MEHBULE (22 noyabr 2015 15:16)
canim resept.az yaxsiki varsinz.sayenizde nelerse oyrenirik,tesekurler,bulkulardan bisirdim,super alindi,ilk defeydiki bulkuradan bu qeder gozel dad ala bildim,sizi sevirem,eksik olmayin.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.