Bulka - 6


Ərzaqlar:

(35-40 bulka alınır)


200 qr kərə yağı
2,5 st süd
3 ədəd yumurta(2 sarısı üzünə)
3/4 st şəkər tozu
3/4 ç.q duz
1 paket tez maya
1 paket vanil
Aparanadək un
2 x.q duru yağ (bulkalar hazırlandıqdan sonar üzünə çəkilmək üçün)

Hazırlanması:

Unu dərin bir qaba ələyirik. (Əvvəlcə 6 -7 st un götürün. Sonra lazım olduqca əlavə edərsiniz)
Üstünə şəkər tozunu, duzu, mayanı, vanili tökürük.Yumurtanın ikisinin sarısını üzünə çəkmək üçün saxlayıb qalanı unun üstünə tökürük.

Südü ilıq istidirik. Yağı isə əridirik ilıq olanadək gözləyirik.Süd ilə yağı unun üstünə əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.


Sonra əlimiz ilə yumşaq xəmir yoğururuq. (Lazım gəldikcə undan tökürük.)

Xəmirin üstünə klyonka çəkib isti yerdə acımağa qoyuruq.

Xəmir 1-1,5 saata acıyacaq.


Xəmirdən balaca kündələr düzəldirik.



Kündənin birini götürüb uzunsov yayırıq.

Sonra bir ucundan bağlayıb çevirib o biri ucundan bağlayırıq.


Soba qabına kağız qoyub aralı yığırıq.Üzünə az duru yağ çəkirik. Yenidən üzünə klyonka çəkib 30 dəqiqə ya da 1 saat saxlayırıq. (Ona görə saxlanılır ki, kündələr şişməlidir)Sonra üzünə yumurta sarısı çəkib 180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.


Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (04 iyul 2016 15:34)
Çox sağ olun. adi maya işlədəndə daha çox gözlədin ki, acısın.
Leyla (04 iyul 2016 14:04)
Salam. Ela reseptleriniz var hamsi da alinir cox sagolun. Bu tez maya evezine adi maya olmaz? Ya qabartma tozu. Ondan yoxdu indi evde. Neyle evez ede bilerem ki eyni cixsin dadi kopmeyi ve s?
Aysel (09 noyabr 2015 14:43)
Çox gözəl görünür mütləq hazırlayacam
Reseptaz (04 noyabr 2015 20:18)
sobani cox isti edirsiniz belke, bir az asagi edin temperaturu
ayshen (04 noyabr 2015 18:51)
Men bulka bisirende ici ciy cixire xemir o neden ola biler?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.