Bulka - 5



Ərzaqlar:

(35-40 bulka alınır)


200 qr kərə yağı
2,5 st süd
3 ədəd yumurta(2 sarısı üzünə)
3/4 st şəkər tozu
3/4 ç.q duz
1 paket tez maya
1 paket vanil
Aparanadək un
2 x.q duru yağ(bulkalar hazırlandıqdan sonar üzünə çəkilmək üçün)
Darçınlı şəkər tozu(adi halda şəkər tozu ilə darçın da səpə bilərsiniz)

Hazırlanması:

Unu dərin bir qaba ələyirik.(Əvvəlcə 6 -7 st un götürün. Sonra lazım olduqca əlavə edərsiniz)Üstünə şəkər tozunu, duzu, mayanı, vanili tökürük.Yumurtanın ikisinin sarısını üzünə çəkmək üçün saxlayıb qalanı unun üstünə tökürük.

Südü ilıq istidirik. Yağı isə əridirik ilıq olanadək gözləyirik.Süd ilə yağı unun üstünə əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq xəmir yoğururuq.(Lazım gəldikcə undan tökürük.)

Xəmirin üstünə klyonka çəkib isti yerdə acımağa qoyuruq.
Xəmir 1-1,5 saata acıyacaq.


Xəmirdən balaca kündələr düzəldirik.

Kündəni uzununa əlimiz ilə ya da oxlovla yayırıq.
Üstünə darçınlı şəkər töküb yayırıq.


Xəmiri yandan bükürük.

Bükülən yerləri bərkidirik.
İki qatlayıb ortadan bıçaqla kəsirik.Kəsilən yeri əlimizlə aralayıb düzəldirik.


Üzünə az duru yağ çəkirik. Yenidən üzünə klyonka çəkib 30 dəqiqə ya da 1 saat saxlayırıq (Ona görə saxlanılır ki, kündələr şişməlidir)

Sonra üzünə yumurta sarısı çəkib 180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
esmer (30 aprel 2016 18:18)
salam.bulkani bisirdim her sey cox gozel ama satilan bulkalar kimi yumusaq deyil mende.
Reseptaz (03 dekabr 2015 16:55)
salam, undan da ola biler, ununuzu deysidirin gorun nece alinir
nermin (03 dekabr 2015 11:19)
mende niye quru alinir bulka????
Reseptaz (08 noyabr 2015 13:21)
Jale xanim, ele de ede bilersiniz...
Reseptaz (08 noyabr 2015 13:20)
nush olsun.
Gunka (07 noyabr 2015 23:45)
Bu saytin reseptlerin cox hazirlayiram. Sabah bunuda edecem.
SineMustafArin Ceceli (07 noyabr 2015 20:46)
cox qesengdi gorunuwune bayildim ellerinize sagliq
jale (06 noyabr 2015 10:52)
Bes siz kundeni yayandan sonra yag surub sekerli darcin tokmursuz? Yoxsa yagsiz olur. Men eliyende yag sururem onu ferqi var???
jale (03 noyabr 2015 21:07)
Resepte gorede chox sag olun mende arada biwirirdim ama men sadece pesoq tokurdum bunuda 1 defe edecem
jale (03 noyabr 2015 21:05)
Onlar eslinde yanmiyib sadece olaraq mence arasi wirin oldugu ucun tez qizarib eyer tez goturse icide xemir olard. Yeni mence eledi
nigar (03 noyabr 2015 14:26)
bir az yanıb

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.