Bulka - 3



Ərzaqlar:

(35-40 bulka alınır)


200 qr kərə yağı
2,5 st süd
3 ədəd yumurta (2nin sarısını üzünə)
3/4 st şəkər tozu
3/4 ç.q duz
1 paket tez maya
1 paket vanil
Aparanadək un
Şokalad yağı
2 x.q duru yağ (bulkalar hazırlandıqdan sonar üzünə çəkilmək üçün)

Hazırlanması:

Unu dərin bir qaba ələyirik.(Əvvəlcə 6 -7 st un götürün. Sonra lazım olduqca əlavə edərsiniz.) Üstünə şəkər tozunu, duzu, mayanı, vanili tökürük. Yumurtanın ikisinin sarısını üzünə çəkmək üçün saxlayıb qalanı unun üstünə tökürük.
Südü ilıq istidirik. Yağı isə əridirik ilıq olanadək gözləyirik. Süd ilə yağı unun üstünə əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq xəmir yoğururuq.(Lazım gəldikcə undan tökürük.)

Xəmirin üstünə klyonka çəkib isti yerdə acımağa qoyuruq.
Xəmir 1-1,5 saata acıyacaq.


Xəmirdən balaca kündələr düzəldirik.

Kündəni əlimiz ilə yumru yayırıq.
İçinə şokalad yağı qoyuruq və bükürük.

Bükülən tərəfi alta olmaqla soba qabına kağız qoyub aralı yığırıq.

Üzünə az duru yağ çəkirik. Yenidən üzünə klyonka çəkib 30 dəqiqə ya da 1 saat saxlayırıq (Ona görə saxlanılır ki, kündələr şişməlidir)

Sonra üzünə yumurta sarısı çəkib 180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (26 sentyabr 2016 15:05)
Salam, 3ündən 2sini saxlayırıq.
Sevinc (26 sentyabr 2016 11:49)
3 yumurta (2 sarisi uzerine).tam aydin olmadi 5 yumurta lazimdi onda ? Ya 3 yumurtadan 2sinin sarisini saxlayiriq?
Aida (26 noyabr 2015 18:29)
xacapuri resepti slayonni xemirden
4 yumurta,4 xorek qasigi sirke,duz bir cimdik ,2 st su iliq,500 qr un az olsa elavede etmek olar xemir ele yapismir kenarda 2 packa marqarin ev tempraturunda saxlayiriq xemiri baton coreyi kimi uzuna qoyuruq alti yere boluruk her xemiri orta olcude acib yagliyiriq kanvert kimi bukuruk hamisini 2 saat qalir xaladilnikde sora ikinci packani yene hemin qaydada yaglayib buzluga qoyuruq sabahsi bisirmek olar ozune gelib dinlebmelidi icliyi bir az kasar bir de adi yagli pendir rendelenir icine qoyulub 200 derecede bisirlir her kundeden 4 dene xacapuri cixir 6 oldugu ucun 24 xacapuri alinir uzerine yumurtanin sarisi vurulur qizaranda cixardirsiz inwallah bisirib paylasacam
Reseptaz (25 noyabr 2015 22:36)
nus olsun
__Dangerous_Girl__ (25 noyabr 2015 18:49)
Bəhh-bəhh burdan baxıram qoxusu burnuma gəliir♥♥♥

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.