Brokoli şorbası



Ərzaqlar:



2 balaca baş brokoli
1 ədəd baş soğan
1ədəd kartof
1 ədəd kök
2 x.q əridilmiş kərə yağı
1 ç.q un
Duz
Istiot
5 st su ya da ət suyu

Hazırlanması:
Brokolini xırdalayıb yuyuruq.



Kökün və kartofun qabığını soyub yuyub doğrayırıq.



Soğanın qabığını soyub yuduqdan sonra üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Unu əlavə edib qovurub üstünə kartof ilə kökü töküb qarışdırırıq.



Brokollini də əlavə edib qarışdırırıq.



Üstünə qaynar ət suyu ya da su tökürük.



Tərəvəzlər tam bişənədək ocaqda bişiririk.



Tam bişdikdən sonra blenderdən keçiririk.



Duz və istiotunu əlavə edib qarışdırıb ocağa qoyub 5 dəqiqə kimi bişirib götürürük. Suyu qatı olsa su əlavə edə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Pomidor şorbası
Ərzaqlar: 6 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 1 x.q dolu un 5 st su ( ət ya da toyuq suyu) Duz Istiot Kaşar pendir(zövqə görə) Hazırlanması
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Murad (29 noyabr 2016 23:29)
-Brokoli harada satilir ???? Haradan almaq olar ??
xahis edirem bilenler yazsin e maile : dovletdin@bk.ru
Gunka (27 noyabr 2016 14:56)
yemek
sevicka (03 aprel 2016 22:45)
Salam digerler olan bolmede tort wiresi yazmisiniz o torta nie vurulur yeni neycundu xaiw deyinde mende biwirende vura bilerem?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.