Böyürtkənlli kəsmikli piroq


Ərzaqlar:


Xəmir üçün:

100 q kərə yağı

1/2 st şəkər tozu

1 ədəd yumurta

1 paket qabartma tozu

1,5 st un

İçlik üçün:

400 q kəsmik

100 q xama

1/2 st şəkər tozu

1 ədəd yumurta

1 paket vanil

Üzlük üçün:

250-300 q böyürtkən

Hazırlanması:

Un ilə kərə yağını ovuruq.Sonra şəkər tozunu əlavə edib qarışdırırıq.

Qabartma tozunu və yumurtanı da əlavə edib xəmiri düzəldirik.

Yumşaq xəmir olacaq.

Diametri 26 sm olan qabı yağlayıb xəmiri qoyub yayırıq. Xəmiri yaydıqda qabın kənarlarına 3 sm çıxmalıdır.

İçlik üçün ərzaqların hamısını bir qaba töküb tam qarışanadək mikserlə çalırıq. Çox çalmağa ehtiyac yoxdur.


Böyürtkənin suyunu süzürük ki quru olsun.
İçliyi xəmirin üstünə töküb yayırıq.

Sonra böyürtkəni tək-tək üstünə düzürük.

Sobanı 180 dərəcədə qızdırıb 45-50 dəqiqəyə bişiririk.

Bişdikdən sonra sobanı söndürün, 5-10 dəqiqə sobada qalsın. Sonra sobadan çıxarın. İlıq olanda qabdan çıxardırıq. Tamam soyuduqdan sonar piroqu kəsib çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (08 iyul 2016 14:35)
Çox sağ olun
ulker (08 iyul 2016 11:03)
salam hormetli resept.az,bu piroqdan da bisirdim cox gozel alindi,bele gozel reseptlere gore size derin tesekkurumu bildiririrem,Allah razi olsun,insallah yeni reseptlerinizi gozleyirik
Reseptaz (05 may 2015 21:58)
Salam. Çox sağ olun. Nuş olsun. Mən özüm soyuducuda saxladığım ehtiyatımdan hazırlamışam.
zuleyxa (25 aprel 2015 18:10)
Salam gozel gorsenir yeqinki dadida ela olar boyurtken cox sevirem amaa indi boyurtken varki?
aylin (25 aprel 2015 18:08)
Aladi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.