Blinçik 4


(35 ədəd bilinçik üçün)


Ərzaqlar:



3 st süd
3 ədəd yumurta
2 st un
1 x.q şəkər tozu
2 x.q duru yağ
1 ç.q duz
Bişirmək üçün əlavə 5-6 x.q duru yağ

Hazırlanması:
Dərin qab götürüb duz, yağ, şəkər tozu və yumurtanı töküb çalırıq.



Bir stəkan südü əlavə edib tam qarışanadək çalırıq.



Unu əlavə edib yenə tam qatışanadək çalırıq.



Sonra qalan südü töküb qarışdırırıq.



Ocaqda tavanı qızdırıb pambığı yağa batırıb tavanı silib xəmirdən 1 çömçə tökürük.



Hər iki üzünü bişiririk.





Bu şəkildə xəmir qurtaranadək bişiririk.



Hazır bilinçiklərə içlik qoyub büküb yeyə bilərsiniz. Ya da bala, şəkər tozuna, və s.batırıb yeyə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.İçi doldurulmuş yumurta
Ərzaqlar: 4 ədəd yumurta 0,5 ç.q xardal 100 q feta pendiri 1 diş sarımsaq 1 ədəd tər xiyar Balaca dəstə cəfəri Balaca dəstə şüyüd Hazırlanma
.Qozlu toyuq ruleti
Ərzaqlar: 350 q toyuğun döş əti 100 q kərə yağı 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 2 baş soğan Duz İstiot Hazırlanma
.Toyuq əti ilə pendirli blinçik.
(25 ədəd bilinçik üçün) Ərzaqlar: 25 ədəd hazır blinçik 300 q toyuğun döş əti 100 q pendir 1 baş soğan 3 x.q yağ Duz İstiot Hazırlanması: Bl
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.