Blinçik 3



Ərzaqlar:
(30 ədəd bilinçik üçün)



2,5 st süd
3 ədəd yumurta
1,5 st un
2 x.q şəkər tozu
2 x.q duru yağ
1 ç.q duz
Bişirmək üçün əlavə 5-6 x.q duru yağ

Hazırlanması:
Dərin qab götürüb duzu, yağı, şəkər tozunu, yumurtanı və
yarım stəkan südü əlavə edib tam qarışanadək çalırıq.



Unu əlavə edib yenə tam qatışanadək çalırıq.





Sonra qalan südü töküb qarışdırırıq.



Ocaqda tavanı qızdırıb,pambığı yağa batırıb tavanı silib xəmirdən 1 çömçə tökürük.
Hər iki üzünü bişiririk. Bu şəkildə xəmir qurtaranadək bişiririk.





Hazır bilinçiklərə içlik qoyub büküb yeyə bilərsiniz. Ya da bala, şəkər tozuna, və s. batırıb yeyə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
.Qozlu pendirli toyuq ruleti
Ərzaqlar: 300 q toyuğun döş əti 100 q kərə yağı 100 q pendir 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 1 baş soğan Duz İstiot
.Blinçik-2
Ərzaqlar: 3 yumurta 2 st un 2 st süd 1 x.q şəkər tozu 1 ç.q duz 3 x.q duru yağ Bişirmək üçün əlavə duru yağ (35 ədəd alınır) Hazırlanması:
.Yulaf sıyığı
Ərzaqlar: 1 st yulaf 2 st su 3 st süd 5 x.q şəkər tozu 50 q kərə yağı Hazırlanması: Yulafı təmizləyib bir neçə dəfə yuyuruq.Üstünə su töküb
.Pankek
Ərzaqlar: 3 st un 2 ədəd yumurta 2,5 st süd 3 x.q duru yağ 3 x.q şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu 1 çimdik duz Qızartmaq üçün əla
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nigar (15 yanvar 2017 20:59)
bunun icine et qoya bilerik?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.