Bibər salatı



Ərzaqlar:



3 ədəd rəngli bibər
1 ədəd toyuğun döş əti
1 ədəd kök
Balaca dəstə cəfəri
Duz
İstiot
4-5 x.q duru yağ (zeytun yağı)

Hazırlanması:
Tərəvəzləri yuyuruq. Toyuğun döş ətini suda bişiririk. Suyuna az duz tökürük.
Bişdikdən sonra soyuduqda uzun –uzun hissələrə ayırırıq.
Kökü suda bişirib qabığını soyuruq. Soyuyanda nazik uzun doğrayırıq.



Bibərləri təmizləyib nazik uzun doğrayırıq.



Bütün doğranan ərzaqları dərin qaba tökürük.
Cəfərini də təmizləyib, yuyub , xırda doğrayıb əlavə edib qarışdırırıq.



Yağı əlavə edib qarışdırırıq. Sonra zövqə görə duz və istiot töküb qarışdırırıq.



Hazır salatı süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Qarğıdalılı vineqret salatı
Ərzaqlar: 1 ədəd qırmızı çuğundur 2 ədəd kartof 2 ədəd kök 1 balaca baş qırmızı soğan 1 balaca dəstə cəfəri 1 ədəd balaca banka qarğıdalı 5 x.q
.Kahı ilə qarğıdalılı xiyarlı salat
Ərzaqlar: 1 ədəd kahı 1 banka qarğıdalı 2 ədəd tər xiyar Duz Istiot Mayonez Hazırlanması: Xiyarı yuyub xırda doğrayırıq. Kahını təmizləyi
.Dadlı salat
Ərzaqlar: 200 q toyuğun döş əti 100 q qara gavalı 50 q kişmiş 50 q qoz ləpəsi 1 ədəd qırmızı çuğundur 2 ədəd kök 100 q holland pendiri 3 ədəd yu
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nigar (30 dekabr 2016 16:50)
Elaa hazirlamaga deyer
Meryem (04 noyabr 2016 16:12)
°•°
nikos (22 avqust 2016 10:50)
ela

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.