Bananlı çiyələkli tort



Ərzaqlar:



Bizkvit üçün:
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
1 paket vanil

Krem üçün: bax qaymaqlı krem 3 ya da maskarpon pendiri ilə qaymaqlı krem

Araları və üstü üçün
2 ədəd banan
500 q çiyələk

Hazırlanması:

Yumurtanın ağını sarısından ayıqıb bərkiyənədək çalırıq. Sonra üstünə şəkər tozunu əlavə edib çalırıq. Yumurta sarılarını əlavə edib çalıb sonra vanil, qabartma tozu və unu əlavə edib tam qarışanadək qarışdırırıq.
180 dərəcə qızdırılmış sobada 25 dəq bişiririk.



Soyuyandan sonra iki yerə bölürük.





Arasına krem çəkib banan yığırıq.



ikinci layı qoyub kremləyib üstünü çiyələklə bəzəyirik.






Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
gunel (09 iyul 2017 12:15)
Bir de ki sizde en cox sevdigim wey insanlarin suallarini cavabsiz qoymursuz. Etinasiz yanawmirsiz. Bunu xoz sevirem sizde
gunel (09 iyul 2017 12:13)
Cox saqolun. Amma her cur yoxlamiwam. Ola bilermi ki txovkadan olar? Txovkam itimatdi.
Reseptaz (09 iyul 2017 11:01)
Günel xanım, qabartma tozu istifadə edilir və şişməni o təmin edir..
gunel (09 iyul 2017 02:04)
Axi men yumurtanin sarisini aqindan ayiranda bele wiwmir. Nece edim

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.