Ballı tort



Ərzaqlar:



3 yumurta

1,5 st şəkər tozu

1,5 x.q bal

100 q yağ

1 ç.q soda

1/2 paket vanil

3 st un

Qaba töküb yaymaq üçün 5-6 x.q un

Krem üçün:



1 banka qatılaşdırılmış bişmiş süd

200 q kərə yağı

1/2 paket vanil

Zövqə görə aralarına və üstünə qoz ləpəsi: 




Hazırlanması:

Kremi hazırlamaq üçün bax: Qatılaşdırılmış süd ilə yağlı krem

Tuj qaba yumurtaları sındırıb çalırıq.



Şəkər tozunu əlavə edib yenə çalırıq.



Yumşalmış kərə yağını və balı əlavə edib çalırıq.



Qazın üstündə vam odda ya da su buxarında şəkər tozu əriyənə qədər 5-10 dəqiqə qarışdırırıq.



Qarışığı götürən kimi üstünə sodanı əlavə edib qarışdırırıq.



Sonra vanil və unu da əlavə edib yaxşı qarışdırırıq.



Qaba un töküb xəmirdən tökürük və üstünə də az un səpib əlimizlə diametri 28 sm yayırıq.
Hara yapışmaq istəsə un səpin. Xəmirin altında da un qalsın ki, yapışmasın.





180 dərəcədə qızdırılmış sobada 8-10 dəqiqəyə bişiririk.



4 ədəd lay alınacaq. Hamısını bişirdikdən sonra mətbəx fırçası ilə ununu təmizləyirik.



Laylar soyuduqdan sonra eyni ölçülü olmaları üçün qab qoyub kəsirik.
Birinciyə qab qoyub kəsirik sonra kəsdiyinizi o birilərin üstünə qoyub yanlarını kəsirik.





Yanları əlimiz ilə ovuruq. Ovuntu eyni olsun deyə onu aşsüzəndən keçiririk.





Düz qabda layları bir-bir üst-üstə qoyub kremləyib qoz səpirik.



Sonuncu layı qoyub üstünü və yanını kremləyirik.



Tortu yandan bıçaqla qaldırıb bir əlimizin ortasına alıb yanlarına ovxantı vururuq.



Qalan qırıntıları üstünə səpirik. Zövqə görə qozla istədiyimiz kimi bəzəyirik.





Bir neçə saatdan sonra kəsib yeyə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (19 iyun 2017 11:14)
sağ olun...
turan (19 iyun 2017 09:13)
Saqolun ellernize saqliq. Bilmiyenleri oyredirsiz
turan (19 iyun 2017 09:10)
Mende tez tez. Kremi zavarnoy edirem. Yoxsa yaxwi yumuwalmir.
simge (29 aprel 2017 13:59)
bu balli tortdan yana olurem cox olurem
Konul (04 aprel 2017 13:03)
Cox qeseng asan basa gelen tortdu,sekillerle de gosterilib,her sey aydin,hecbir yerde bu qeder anlasilir sekilde gosterilmeyib.Size cox tesekkur edirik,butun reseptlerimi ister biskvit ister bu balli lavas tortunu sizin reseptlerle edirem elada alinir.Ellerinize sagliq
Reseptaz (24 mart 2017 13:07)
salam, xəmir bişməlidir, ag olsa çiy olar. təqribən 10 dəqiqəyə bisir ustu normal gızarır.
gunel (24 mart 2017 12:04)
Salam .xaiş ediremki cavablandirasiz ki balli tortun llavasini cox qizardax yoksa ag goturulmelidir.
gunel (24 mart 2017 12:01)
Salam.Balli tortun xemrini ne qeder gozletmeliyik?
asli (20 mart 2017 22:44)
cox dadli balli tortun restepini deye bilersiz?
Sabir (13 mart 2017 18:22)
Xanim erzaqmari coxaltmaq olar? Ve weker tozun nece istekan tokmey lazimdi zehmet deyilse deyeriz?
Reseptaz (13 mart 2017 15:44)
Salam, yox kifayət qədər yumşaq olur.
Sabir (13 mart 2017 14:58)
Salam xanim bu bali tort berk almirki? men evvel biwiirim keremen duru edirdim ki perk alimsan
Reseptaz (06 fevral 2017 14:59)
Sağ olun. Nuş olsun.
Quliyev Revan (05 fevral 2017 16:26)
Salam necesiz cox gozeldir tortu bisirdik cox lezetli idi. Cox -cox sagolun ki resepti yazmisiz
elovset (03 fevral 2017 14:07)
paxlava pisirme
tuqay (06 yanvar 2017 20:49)
Tortu bisrdik cox lezzetli idi.Resepte gore tesekkur edirik.
Konul (30 dekabr 2016 11:52)
Cox tewekkur edirem falqa qoydum,hal hazirda biwirirem sabahcun,coz gozel aliir,tewekkur edirem sie eladi,kecen defe yapiwsada yigdim bir yere kremledim,lezzetli oldu,inwAllah bi defe de gozel ainar,arasina wkalad damlasi ve qoz qoyacam
Xedice (29 dekabr 2016 15:11)
Mən elədim alınmadı xemir yapışır qopurdu
Reseptaz (15 dekabr 2016 09:24)
Salam, altına folqa qoya bilərsiniz...
Konul (14 dekabr 2016 23:49)
Bu tortu biwirdim ancaq yapiwdi,alti her layda,unladimda neden olar?Bi dahakinde altina falqa qoysam olurmu?
Konul (24 noyabr 2016 19:36)
Men biwirmek isteyirem bu xemir oxlovla yayilan xemir olur,yoxsa duru olmalidi,zehmet olmasa cavablandirin
Reseptaz (23 noyabr 2016 09:07)
Nuş olsun
sabin (22 noyabr 2016 20:18)
Cox sag olun.
Reseptaz (22 noyabr 2016 09:05)
un töküb sonra xəmiri əlavə edirik
sabin (20 noyabr 2016 12:24)
Xemirir tavaya tokende yag vurub unlayiriq yoxsa tekce un tokub sonra xemiri tokuruk?
Reseptaz (18 noyabr 2016 14:10)
Salam, qabartma tozuna ehtiyac yoxdur soda vurursunuz. Sona xanım, qarışığa unu əlavə etdikdən sonra yaxşı yaxşı qarışdırın. sonra qabın altına unu bir az çox edin ki yapışmasın.
Konul (18 noyabr 2016 13:03)
Salam xanim!Xemire qabartma elave olunmur?Bes lavaslar quru alinir.islatsaq olar?
sona (16 noyabr 2016 15:15)
salam xanim ..men bisirdim amma xemirler qaba yapiwdi..un vursamda xeyri yocdu...sizce sebeb nedi? sizden cavab gozduyurem ....
Reseptaz (08 noyabr 2016 08:53)
salam, yox onda köpüklənər.
sabin (07 noyabr 2016 14:25)
Olarki bunu qazin ustunde yox mikserle calaq pesok erisin?
xanim (29 oktyabr 2016 10:26)
Çox dadli idi.
Xeyale (12 oktyabr 2016 21:14)
Tewekkurlerr ela reseptdi ve cox asandi
Reseptaz (10 oktyabr 2016 21:55)
Firuzə xanım, kərə yağı işlədirik.
Reseptaz (10 oktyabr 2016 21:54)
Nuş olsun.
Qumral (10 oktyabr 2016 15:12)
Çox yumşaq super alindi.Birinci defe basqa rp.le etmişdum quru idi.Iller sonra sizin rp.le risk edib hazirladim.Çox beyenildi.Şeklin qoya bilmedim bura.
Firuze (13 sentyabr 2016 12:54)
Salam xemire duru yagmi tokurler yoxsa kere yagimi?
Reseptaz (08 iyul 2016 08:48)
Çox sağ olun.
Z.Nezrin (07 iyul 2016 18:45)
Men bu saytı çox beyenirem ve buradan hazırladığım her şey çox GÖZEL çıxır.Ümid varam ki,bu tort reseptide çox GÖZEL çıxar. :)
Aygul (21 iyun 2016 23:54)
Birdeki bulka bisirdim. Yaxsi oldu ama cox yumsaq olmadi. Magazalardaki kimi olmadi
Aygul (21 iyun 2016 23:52)
Salam. Ela resepti. Cox dadli alinir.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.