Badımcan soyutması


(Naxçıvan mətbəxi)

Ərzaqlar:


Közdə bişirilmiş 6-7 ədəd badımcan
3 ədəd baş soğan
3 ədəd pamidor
Duz
Istiot
3-4 x.q zeytun yağı(ya da 1-2 x.q əridilmiş kərə yağı)

Hazırlanması:

Badımcanları közdə bişiririk.


Bişmiş badımcanların qabığını təmizləyib doğrayırıq. Badımcanları doğramamış diri də qaba qoya bilərsiniz.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Üstünə duz və yağ töküb qızılı rəngdə olanadək qovururuq.

Pamidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Doğranmış pamidoru qovrulmuş soğanın üstünə töküb qarışdırıb qovururuq.

Zövqə görə duz və istiotunu tökürük. Suyu çəkildikdə hazır olacaq.

Doğradığımız badımcanı düz qaba töküb yayırıq. Üstünə az duz və istiot səpirik.

Sonra pamidorlu soğan qovurmasını badımcanın üstünə tökürük.

Yeməyimiz hazırdı.


Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nur (17 iyun 2017 16:05)
Elleriniz var olsun xanlm
Reseptaz (02 sentyabr 2015 23:14)
Təşəkkür edirəm. Nuş olsun. İstəsəniz bibər də vura bilərsiniz.
seadet (11 avqust 2015 14:37)
Ela seyler hazirlayirsiz.basa salmag usuluda cox asandi.tewekkurler:-)
MSM (14 iyul 2015 16:05)
Salam,men de Naxcivanliyam,amma bu yemeyi ilk defedi esidirem,yeqin ayri bolgesine mexsusdu Naxcivanin,hazirlayacam men de.
Ilahe (02 iyul 2015 21:26)
mama wirin biber de vurmaq istedi,qoymadim,sizce vurmaq olarmi? biberin qeweng etri var,onun ucun soruwuram,helelik
Ilahe (02 iyul 2015 21:24)
Salam,zehmet olmasa korjiki hazirlayib burda yerlewdirersiniz.men de biwirmek isteyirem,evvelceden tewekkurler
yadimdan cixdi demedim,badimcan soyutmasini mama hazirladi,hetta balaca qardawim da yedi,badimcani xowlamasa bele,tewekkurler))))
Reseptaz (16 iyun 2015 10:44)
tesekkurler, dediyinizi de hazirlayib paylasaram.
mah (15 iyun 2015 13:53)
resept.az usaqligimizin en gozel shiriniyyati kimi aglimda qalan adi deyesen kojik ya korjik idi.Sehv etmiremse saytinizda deyesen var idi amma men tapa bilmedim
saytiniza bu resepti de yerlesdirseniz memnun olardiq
mah (15 iyun 2015 13:17)
hemisheki kimi supersiniz.Ellerinize sagliq.Bayaqdan ne hazirlayacagimi fikirlesirdim,ne yaxsi ki,siz varsiniz.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.