Badımcan qovurmalı vermeşel



Ərzaqlar:


1 paket vermeşel ya da makaron
4-5 ədəd badımcan
2 ədəd pomidor
1 ədəd bibər
2 ədəd baş soğan
2-3 diş sarımsaq
5 x.q duru yağ
2 x.q əridilmiş kərə yağı
Duz
Istiot

Hazırlanması:

Badımcanı nazik uzun doğrayıb üstünə duz səpib qoyuruq 15-20 dəqiqə qalsın.

Təmizlənib yuyulmuş sarımsaq ilə soğanı xırda doğrayırıq.

Bibəri təmizləyib yuyub doğrayırıq.

Soğan ilə sarımsağın üstünə əridilmiş kərə yağınıı əlavə edib qızılı rəngdə olanadək qovururuq. Sonra üstünə doğranmış bibəri əlavə edirik. 2-3 dəqiqə qovururuq.

Pomidorun qabığını soyub xırda doğrayırıq.

Doğranmış pomidoru soğanın üstünə töküb suyu çəkilənədək qovururuq.


Badımcanın sıxıb acı suyunu çıxarıb yuyuruq. Üstünə az duz səpib duru yağda qızardırıq.

Qızartdığımız badımcanı pomidorlu soğançanın üstünə töküb qarışdırırıq. 3-5 dəqiqə qarışdırıb götürürük. Zövqə görə üstünə duz və istiot səpirik.

Düzlu suda vermeşeli bişirib süzürük.

Süzülmüş vermeşelə duru yağdan töküb qarışdırıb qaba tökürük.

Üstünə hazırladığımız badımcanı tökürük və isti-isti süfrəyə veririk. Yeməyin yanında süfrəyə qatıq da verilir.

Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
elnare (27 oktyabr 2015 23:15)
Saytiniza ugurlar.super
elnare (27 oktyabr 2015 23:13)
Azerbaycan metbexi dadina ve gornusune gore dunyada reqibi yoxdur
elnare (27 oktyabr 2015 23:09)
Yemeklerin

Yemek reseptleriniz cox gozeldir.Bu yemek reseptleri ile tanis olduqdan sonra bele qerara geldim ki bu reseptleri hazirlayan shexs FUZULI rayonundandir.cunki yemekler eynile bu cur hazirlanir Fuzuli rayonunda.Cox gozeldir.
gunay (18 avqust 2015 11:24)
men pomidor kartof ezmasini cpx sevirem gzeldi en exsusda uzerine suxari elave edende kecuplada ela gedir
gunay (18 avqust 2015 11:19)
eladiki

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.