Badımcan çığırtması



Ərzaqlar:



6 ədəd badımcan

4 ədəd baş soğan

3 ədəd yumurta

Zeytun yağı

Duz

Istiot


Hazırlanması:

Badımcanı təmizləyib yuyub qabığını soyub iki bölüb doğrayırıq.Üstünə duz səpib 10-15 dəqiqə saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardıb yuyuruq. Yuduqdan sonra sıxıb götürürük.



Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.



Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Soğan qovrulan kimi badmcanı əlavə edib qovururuq. Duz və istiotunu tökürük.



Yumurtanı sındırıb üstünə duz və istiot əlavə edib çalıb yeməyin üstünə əlavə edirik. Yumurtanın altı bişdikdə çevirib üsünü də bişiririk.



Yeməyimiz hazırdır. Bu yeməyə zövqə görə bəzən pomidor və göyərti də tökülür.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (26 may 2016 08:57)
Salam, suda deyil doğrayıb üzərinə duz səpib saxlayırıq, özü acı suyunu buraxır.
leyla (25 may 2016 17:59)
Suda 10-15deq saxlayirig??
ema (07 iyul 2015 11:56)
''PAmidor'' yox, pOmidor
Guler (01 iyul 2015 01:55)
Anam biwirirdi cox xowuma gelirdi, dadli olur,
Reseptaz (08 fevral 2014 23:21)
Təşəkkür edirik.Nuş olsun.
turkane (06 fevral 2014 13:01)
men bundan bisirmisem dadli olur
gunay ibrahimli (06 fevral 2014 12:42)
cox gozel reseptlerdi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.