Badambura



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



900 q un

2-3 yumurta

200 q kərə yağı

2 x.q xama

1 ç.q quru maya

Aparanadək süd

İçlik üçün:



500 q badam ləpəsi

500 q şəkər tozu

1/4 ç.q hil

Yağlamaq üçün:

400-450 q kərə yağı


Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.



Yağı əridirik.



Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.



Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq.



Yumşaq xəmir yoğururuq.



Xəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq. Badam ləpəsinin qabığını təmizləmək üçün: Badam ləpəsinin təmizlənməsi baxa bilərsiniz.

Təmizlədikdən sonra quruması üçün  tavada az qovurub soyuduqdan sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş badama şəkər tozu və hil ilə qarışdırırıq. İçliyimiz hazırdı.



Xəmirdən 10 ədəd kündə düzəldirik.



Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayırıq.



Yuxanı əlimiz ilə az dartıb böyüdürük və yağlayırıq. Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayırıq.



Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi bükürük.



Bükdüyümüz yuxaları 3 sm enində kəsirik.



Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük.



Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq.



Eyni qayda ilə hamısını hazırlayırıq.



Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. Qurumasın deyə üstünə sellofon çəkirik.

170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.



Bişmiş badamburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük.




Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
aysen (13 mart 2017 08:31)
allah komeyiniz olsun
gulsen (08 mart 2017 15:58)
Resept az
gulsen (08 mart 2017 15:56)
Resept az
gulsen (08 mart 2017 15:55)
Wirniyat
Reseptaz (06 mart 2017 10:08)
Salam, bu xəmirə duz vurulmur, amma istəsəniz sadəcə simvolik olaraq bərəkət üçün bir miqdar vurarsınız.
rufi (05 mart 2017 20:06)
Bu reseptle bisirdim toçnu alinmadi çunki reseptde duz yazilmamisdi.yeni aile qurdugumdan bilmedim duz vumag lazimdi.xemirim axirdi ureyi gedirdi alinmadi.
Reseptaz (28 fevral 2017 09:17)
Fidan xanım, tez maya ilə sınamamışam ona görə deyə bilmərəm necə alınar...
Reseptaz (28 fevral 2017 09:09)
Afiyet olsun. Güzel sözleriniz için teşekkür ediyorum.
Gülşen (06 avqust 2016 01:10)
Merhaba.Beni belki tanırsınız şarkıcı olduğumdan.Hamileyim ve sizin badamburanın resmini gördüm çok canım çekti ve yaptım.Çok güzel bir tadı var.Bunu bizlerçin paylaşdığınız için teşekkür ederiz ben ve oozsn çolakoğlu yani kocam
Fidan (27 mart 2016 17:14)
Xanim buna birdefelik maya vurmaq olar?
Reseptaz (23 mart 2016 15:51)
Təşəkkürlər
azerigozeli (22 mart 2016 14:48)
cooooook gozeldi beyendim TWK
Reseptaz (17 mart 2016 23:13)
Salam. Qoz da qoya bilərsiniz fındıq da. Bəzi xanımlar kakos da qoyur. Nuş olsun.
Fidan (17 mart 2016 18:39)
Salam xanim badamburanin icine qoz qoymaq olar?
Reseptaz (17 mart 2016 01:25)
Salam. Nuş olsun. Digər şirniyyatlar bölməsində bir neçə növünün reseptləri var buyurub baxa bilərsiniz. Təşəkkürlər.
nurlana (16 mart 2016 22:27)
Mende hazirladim qeseng alindi ,,sizden turk paxlavasinin reseptini isterdim zehmet olmasa yazardiz
Reseptaz (16 mart 2016 21:50)
Salam. Xəmir acıdıqdan sonra kündliyib yayırıq. Maya yaxşı olmayanda ya da istifadə etdiyiniz ərzaqlar soyuq olduqda xəmir gec acıyır.
Təşəkkür edirəm. Allah razı olsun. Çox sağ olun.
Gulnar2013 (16 mart 2016 14:21)
sayevizde evde uzumuz ag olur,ne pisirmek istesek tez sizin sayta baxib,eynisiyle edirik super alinir.Cox sag olun,elleriviz dert gormesin
Aybeniz (14 mart 2016 23:13)
SALAM.3 saatdi xemiri etmisem xemir corek xemiri kimi acidiqca qalxmalidi yox 2-3 saat sonra goturub kundeleyek?
Reseptaz (14 mart 2016 22:43)
Salam. Hamınıza təşəkkür edirəm. Hazırlayıb yeyənlərə nuş olsun. Asand qoğal resepti elə qoğal reseptidir))))).Bu reseptle 25-30 ədəd alınırsa 150 ədəd almaq üçün lazımı qədər ərzaqları artırın. Nuş olsun.
Toma (14 mart 2016 14:00)
Çox sağ olun!Ela çıxdı.
nika (11 mart 2016 17:04)
dogru
fatime (10 mart 2016 20:36)
Mene hasand soqalatli tort resepti lazim idi komek ede bilersiniz?Xais edirem.
fatime (10 mart 2016 20:33)
gozel sirniyatdi bisirdim cox gozel cixdi.Sizde bisiri hamiya tovsiye edirem.
nergiz (08 mart 2016 19:19)
150 neferlik badamburanin ressepti lazim idi her weyden ne qeder etmek olar?
nunuw (02 mart 2016 09:15)
men hemiwe burdaki receptleri edirem qeweng cixir sagol olunn:)
nunuw (02 mart 2016 09:14)
eladiiiiii nyamnyam
Reseptaz (29 fevral 2016 22:15)
Salam. Nuş olsun.
nazik (05 dekabr 2015 20:06)
Çox gözəl idi cox sağ olun
nict (20 sentyabr 2015 15:52)
salam
Reseptaz (02 sentyabr 2015 23:35)
Olar. Nuş olsun.
Quliyeva (05 iyul 2015 17:35)
Resepte gore chox saq olun. Ichlik evezine et qoymaq olarmi? Choxdandir ushaqliqda kafede aldiqimiz qat-qat pirojkinin xemirini tapmaq isteyirem. Bu xemirle etmek olarmi?
sebine (07 may 2015 17:15)
Bu nece badambura ucundur?
Reseptaz (05 may 2015 22:04)
Təşəkkür edirik.
Bahar Əlizadə (05 may 2015 21:58)
Salam çoooooooooox gözəldi eeeeeeeeeeee
Reseptaz (09 aprel 2015 21:18)
Çox sağ olun. Sizinlə bahəm. Nuş olsun.
LETIFE (26 mart 2015 22:26)
bayraminiz mubarek resept ucun saq olun
leyla (26 mart 2015 22:02)
eladu elo
Reseptaz (19 mart 2015 23:33)
Nuş olsun. Təşəkkür edirik.
yusif (19 mart 2015 22:56)
gozel cixdi sag olun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.