Badambura - 2



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

(45 ədəd badambura üçün)

Ərzaqlar:



200 qr xama

75 qr kərə yağı

2 st süd

1 ədəd yumurta

1 ç.q quru maya

1 x.q şəkər tozu

1 ç.q duz

Un aparanadək (təxminən 8.5 st)

Yaymaq üçün əlavə 5-6 xörək qaşığı un.

Yağlamaq üçün:

300 qr kərə yağı

İçlik üçün:

250-300 badam vəya qoz ləpəsi

250-300 qr şəkər tozu

Çay qaşığının ucunda hil


Hazırlanması:

İçliyi hazırlamaq üçün badam və ya qoz ləpəsinin qabığını təmizləyib maşından keçiririk. ( Qoz ləpəsini qovuraraq qabiqdan təmizləyirik, badam ləpəsinin qabığını təmizləmək üçün; Badam ləpəsinin təmizlənməsi-nə baxa bilərsiniz.) Çəkilmiş ləpənin üzərinə şəkər tozu ilə hili əlavə edib qarışdırırıq. İçliyimiz hazırdır.




Xəmiri yoğurmaq üçün unu ələyirik. Südü ilıq istidirik. Yağı əridirik.



Maya ilə şəkər tozunu qarışdırıb, üzərinə az ilıq su töküb yenidən qarışdırıb köpməsi üçün 10 dəqiqə saxlayırıq.



Ələdiyimiz unun üzərinə duzu, yumurtanı,qarışdırdığımız mayanı, xamanı, ilıq südü və ilıq yağı əlavə edib yumşaq xəmir yoğururuq.




Xəmiri 2 saat isti yerdə acımağa qoyuruq.



Yağlamaq üçün yağı əridirik.

Xəmir acıdıqdan sonra xəmiri 10 yere bölüb kündələyirik.



Kündənin birini götürüb, un səpib oxlovla nazik yuxa yayırıq.





Yaydığımız yuxanı ilıq yağla yağlayırıq.



5 kundəni eyni qayda ilə üst üstə yağlayıb yığırıq.



Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi bükürük. Bükdükdən sonra uzununa az dartıb uzadırıq.




Eyni qayda ilə qalan 5 kündəni də düzəldirik. Bükdüyümüz yuxaları 3 sm enində kəsirik.



Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük.



Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq.



Eyni qayda ilə hamısını hazırlayırıq. Bütün badamburaları hazırlayib qurtardıqdan sonra üstünə selofon çəkib bir az gözlədirik ki, badamburalar ozune gesin. Sonra bişirməyə başlayırıq.



170-180 dərəcə qızdırılmış sobada 25 dəqiqə qızılı rəngdə olanadək bişiririk.



Soyuduqdan sonra istəsəniz üzərinə şəkər kirşanı səpə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (16 mart 2016 21:47)
SaLam. Xoş sözlərə görə təşəkkür edirəm.
Gulnar2013 (16 mart 2016 14:14)
bizde 2kq una 4 yumurta vurulur,birdeki 200qr xama 1st demekdi.tessekkurler
Gulnar2013 (16 mart 2016 14:09)
elleriviz qizildiye-qizil
Reseptaz (16 mart 2016 09:49)
salam, saytımızda xeyli sayda var, şirniyyat bölməsinə baxa bilər vəya axtarış yeridən yazıb axtara bilərsiniz
Nazli (16 mart 2016 02:32)
salam men bulku resepti isterdim
Reseptaz (15 mart 2016 05:49)
Salam. Açımalıdır. Yeqın maya yaşı olmayın. Darıxmayın acıyanda başlayarsınız. Görseniz ki bır az da olsa xemır qalxır hazırlamağa başlayın. Nuş olsun.
Aybeniz (14 mart 2016 23:47)
3 saatdi xemiri elemisem ustun de isti baglamisam acimir axi herseyi de yazildigi kimi tokmusem
Reseptaz (14 mart 2016 22:54)
Təşəkkür edirəm. Çox sağ olun.
Cemile (06 mart 2016 09:51)
super ellerinize sagliq
Reseptaz (29 fevral 2016 22:14)
Bu resepdən alınan badambura yumşaq olur. Bulka kimi. O biri resept ilə ağızda ovulan olur. Nuş olsun.
roksi (24 fevral 2016 12:43)
eladi
Fidan (25 sentyabr 2015 21:25)
cox sagolun resepte gore,menim sualim var.burda iki resept var,yani badambura resepti,bunlarin arasinda ne kimi ferq var?
Reseptaz (26 avqust 2015 12:59)
salam. diqqətiniz üçün sağ olun, bəli yazıda yaddan çıxıb, xama xəmir üçün əlavə edilir. düzəldildi.
Illuziya (26 avqust 2015 04:36)
Salam evela tesekkurumu bildirirem.gozel ressepler ucun .bir sualim olacaq badambura resseptine aid.
Men bisirdim badamburani .butun erzaqlari aldim .her seyi sira ile yerine yetirdim.ve gorumki xama elimde qaldi.defelerle oxudum belke haranisa qacirmisam deye.ama yox xamadan hec istifade olunmur.bes niye en basdan xama yazilib resepdin erzaqlar siyahisinda?
elo (08 iyul 2015 14:44)
Wonder
elo (08 iyul 2015 14:44)
Wonderful
Reseptaz (09 aprel 2015 21:02)
Təşəkkür edirik. Nuş olsun.
afizar (24 mart 2015 22:36)
Cox saqolun
Reseptaz (22 mart 2015 23:36)
Salam. Bayramınız mübarək. İçlik badam, quz və findıqdan ola bilər. Nuş olsun.
ʀẓᾄ (20 mart 2015 20:02)
bayraminizi tebrik edirem
ʀẓᾄ (20 mart 2015 20:01)
yaxwidi
sofiya (20 mart 2015 12:54)
cox qeweng idi eladi
Kemale (18 mart 2015 15:54)
ela alindi..twk
afizar (17 mart 2015 00:45)
Salam badamburanin icliyini qozdan basqa ne ile etmek olar ?
Reseptaz (15 mart 2015 22:55)
Təşəkkür edirəm. Çox sağ olun mən də sizlərin bayramını təbrik edirəm. süfrələriniz bol bərəkətli canınız sağlam olsun.
Valex (15 mart 2015 16:39)
bayraminizi tebrik edirem. bu sayt ucun cok sagolun) Sankt-Peterburg
Reseptaz (14 mart 2015 22:53)
Salam. Çox sağ olun. Nuş olsun. Mən də sizləri bayram münasibəti ilə təbrik edirəm.
seva (14 mart 2015 17:10)
cox gozeldi beyendim ve sizin novruz bayraminizi yeniden tebrik edirem
Reseptaz (05 fevral 2015 20:47)
Salam. Bizimlə olduğunuz üçün təşıkkür edirəm. Yuxaları unla yaysanız Yaxşı olar. Nişasta ilə türk paxlavalarının yuxası yayılır. Nuş olsun.
Naval (04 fevral 2015 15:11)
SALAM BAGISLAYIN NARAHAT EDIREM . BADAMBURANIN YUXALARINI NISASTA ILE YAYMAQ OLAR? SANKT- PETERBURQDAN SALAMLAR MEN SIZIN DAIMI IZLEYICINIZ
Reseptaz (25 yanvar 2015 22:07)
Çox sağ olun. Nuş olsun.
Ramile (25 yanvar 2015 17:24)
BISIRDIM.ELA DADIR.ELE BURDAKI KIMI BISIRDIM.YUMURTANIN FILAN OLCUSUNE GORE UN BIRAZ ARTIQ GEDE BILER.MENDE 9 ST GETDI.TESEKKURLER RESEPT.AZ
Reseptaz (10 yanvar 2015 23:34)
Çox sağ olun.
aynure (10 yanvar 2015 19:27)
super nus olsun
Reseptaz (07 yanvar 2015 21:21)
Nuş olsun. Çox sağ olun.
gulzar (03 yanvar 2015 23:46)
təşəkkürlər....
sebine (03 yanvar 2015 21:46)
ellerinize sagliq cox gozeldi menim anam da cox gozel bisirir resept.az sayeseinde. Cox tesekkurler.
Reseptaz (03 yanvar 2015 09:32)
Salam. İstəyirsiniz tökün. Amma içliyi bir az azaldıb baglasanız yaxşı olar. Nuş olsun. Təşəkkür edirik.
gulzar (03 yanvar 2015 00:08)
vaxt olduqca badambura hazırlayıram.sadecə içinə sizin qədər içlik qoyanda şəkər imkan vermir xəmiri bağlayım.içlik az olanda dadı olmu.olar mən içliyə yumurtanın ağını qatım.bəlkə o zaman rahat bağlaya bilərəm badamburanı.olar?
Tamilla (02 yanvar 2015 01:52)
gelme yiyerem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.