Azərbaycan Mətbəxi - Badımcan ləvəngisi



Ərzaqlar:



13-15 ədəd orta ölçülü badımcan

250 q qoz ləpəsi

4 ədəd baş soğan

2 x.q alça turusu

6-7 x.q zeyun yağı (yada 2 x.q əridilmiş kərə yağı)

Duz

Istiot


Hazırlanması:

Badımcanları ortasını dolmada olduğu kimi kəsib içini duzlayıb yığıqıq. 20 dəqiqə qaldıqdan sonra sıxıb acı suyunu çıxarııb yuyuruq.



Yağı tavaya töküb qızdırıb badımcanların hər tərəfini bişiririk. Nə çox bişməsin nə də az bişməsin. (badımcanları suda da işirə bilərsiniz)



Hazır badımcanları qoyuruq soyuyur. Soyuduqdan sonra içinə az duz və istiot vururuq.

Ləvəngini hazırlamaq üçün qozu maşından keçiririk.



Soğanı ət maşınından keçirib tənzifdə sıxıb acı suyunu çıxarırıq.




Soğanın üstünə turşunu, duzu, istiotu və çəkilmiş qozu töküb qarışdırırıq.



Ləvəngini badımcanların içini doldurub soba qabına yan-yana yığırıq.



Badımcanları qızartdığımız yağın duru hissəsini badımcanların üstünə tökürüb 200 dərəcə qızdırılmış sobaya bişməyə qoyuruq.

(İstəsəniz ocaqda da bişirə bilərsiniz. O zaman az miqdarda su da tökə bilərsiniz)

Təqribi olaraq 45-50 dəqiqəyə bişəcək.




Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
guel (17 may 2015 20:57)
cooox dadli gorseir
Reseptaz (16 avqust 2014 19:17)
Təşəkkür edirik. Nuş olsun.
gozel (09 avqust 2014 12:36)
ooooucoxgozel adamin lap agzi sulanircox sagolun resept.azsizin sayenizdemende biwirecem bundan
RUM (09 avqust 2014 11:23)
Beh behhhhh TALISHLARIN YAY YEMEKLERINDAN BIRI ELIN QOLUN VAR OLSUN MENDE BELE HAZIRLAYIRAM. plov simus lezzet olur.
Reseptaz (02 avqust 2014 22:13)
nush olsun..
solmaz (02 avqust 2014 18:50)
Biwirdim cox gozel alindi .
Reseptaz (26 iyul 2014 22:06)
cox sag olun, tesekkurler
Mehriban (26 iyul 2014 14:42)
HAZIRLAYAN ELLER VAR OLSUN 。EWQ OLSUN CENUB METBEXINE .CHOX CHOX DADLI YEMEKDI..BU SAYT CHOX GOZEL SAYTDI .MENDE TALISH METBEXINI CHIXMAQLA BURDAN BASHQA RESEPTLER CHOX GOTURMUSHEM.
mah (26 iyul 2014 01:32)
supersiniz,RESEPT.AZ!En coooooox sevdiyim yemeklerden biridir badimcan levengisi.resepti deqiq bilmediyim ucun hec vaxt bisire bilmemisdim.sizin sayenizde bu yemeyi hazirlaya bilecem.cox sag olun,elleriniz derd gormesin.hemiseki kimi e'la!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.