Almalı və portağallı kəsmik piroqu



Ərzaqlar:



1,5 st. un
1 st şəkər tozu
5 ədəd yumurta
100 q kərə yağı
1 x.q buğda nişastası
2 paket vanil
1 paket qabartma tozu
4 ədəd alma
1 ədəd portağal
400 q kəsmik

Hazırlanması:
Yumşaq yağ ilə şəkər tozunu və 1 paket vanili qarışdırırıq.(1/3 st şəkər tozu)



2 ədəd yumurtanın sarısını əlavə edib qarışdırırıq.



Unu və qabartma tozunu əlavə edib yumşaq xəmir düzəldirik.



Xəmiri diametri 26 sm olan qaba yayıb soyuducuya qoyuruq.



3 ədəd yumurta sarısı ilə qalan şəkər tozunu və 1 paket vanili qarışdırırıq.



Kəsmiyi əlavə edib çalırıq, portağalın qabığını və nişastanı töküb qarışdırırıq.



Yumurta ağlarını tam qatı olanadək mikserlə çalırıq.



Kəsmikli qarışığının üstünə çalınmış yumurta ağını az-az töküb qarışdırırıq.



Soyuducudan xəmiri çıxarıb qarışığı içinə töküb yayırıq.



Portağalın suyunu sıxırıq.
Almalıarın qabığını soyub portağal suyu ilə qarışdırırıq.



Almaları kəsmiyin üstünə yığırıq.



180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.



İlıq olanda qabdan çıxarırıq.



Zövqə görə soyuyanda üstünə şəkər pudrası səpə bilərsiniz.
Tam soyumuş piroqu kəsib çay süfrəsinə verə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (18 sentyabr 2016 20:27)
Salam, 180 dərəcədə 45 dəqiqə. Soda da olar.
Lamiye (18 sentyabr 2016 13:11)
Bes bu piroq neçe derecede bişmelidir? Birde qabartma tozu evezine soda olsa olar?
Nermin (02 iyul 2016 23:46)
Salam xanim xayiş eleyirem sizden bu sefer tort eleyin bizde hazırlayaq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.