Almalı qozlu keks



Ərzaqlar:



1 st şəkər tozu
1 st süd
½ st duru yağ
3 ədəd yumurta
50 q qoz ləpəsi
2 ədəd alma
1 paket qabartma tozu
1 paket vanil
½ st buğda nişastası
2 st un

Hazırlanması:

Yumurta, vanil və şəkər tozunu ağaranadək çalırıq.





Duru yağı əlavə edib çalırıq.



Südü əlavə edib çalırıq.



Qabartma tozunu, nişastanı və unu əlavə edib çalırıq.



Qoz ləpəsi ilə almanı xırda doğrayıb xəmirə əlavə edirik.







Soba qabına kalka kağızı sərib xəmiri tökürük.(qabın diametri 28 sm)



170-180 dərəcə qızmış sobada 45 dəqiqəyə bişiririk.



İlıq olanda qabdan çıxardırıq.



Zövqə görə istəsəniz üstünə şəkər pudrası səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Elif Kitabzade (09 mart 2017 17:36)
Salam.Südün evezine qatılaşdırılmış süd töke bilerem xaiw cavab verin

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.