Almalı kəsmikli piroq



Ərzaqlar:


Xəmir üçün:

200 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
1 çimdik duz
2 ədəd yumurta
2,5 st un
1 paket qabartma tozu
1 paket vanil

İçlik üçün:

600 q kəsmik
2 ədəd yumurta
1/2 st şəkər tozu
4 x.q nişasta
1/2 limon
3 ədəd alma

Hazırlanması:

Xəmiri hazırlamaq üçün unu dərin bir qaba ələyib üstünə qabartma tozunu, vanili və duzu əlavə edib qarışdırırıq.

Sonra üstünə yumşaq kərə yağını əlavə edib əlimiz ilə ovuruq.

Ovuntunun üstünə şəkər tozu töküb qarışdırıb sonra yumurtaları əlavə edib yumşaq xəmir düzəldirik.


Xəmirin 3 yerə bölüb bir hissəsini soyuducunun buzxanasına qoyuruq ki, donsun.

Qalan xəmiri diametri 26 sm olan qabı yağlayıb qaba yayırıq. Xəmiri qabın kənarında 3-4 sm hündürlükdə qaldırırıq. Sonra içliyi hazırlayana qədər qoyuruq soyuducuya.


İçliyi hazırlayırıq. Limonun yarısınım qabığını sürtgəcdən keçirib suyunu sıxırıq.
Dərin qaba kəsmiyi, şəkər tozunu, yumurtanı,nişastanı və limonun qabığını əlavə edib tam qarışanadək mikserlə çalırıq.


Almanın qabığını soyub sürtgəcin böyük gözündən keçiririk. Limon suyunu üstünə əlavə edib qarışdırırıq.

Xəmiri soyuducudan çıxarıb kəsmikli içi tökürür və bərabər yayırıq.

Kəsmiyin üstünə almanı yayırıq.

Sonra soyuducudan donmuş xəmiri çıxarıb sürtgəcdən keçirib almanın üstünə tökürük.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.

Soyuq olanda kəsib çay süfrəsinə verə bilərsiniz. Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ayten (11 may 2016 11:16)
Zuleyxa yumurta icliyin icliyin dagilmamasi ücündür. isteseniz sayini az vura bilersiniz
zerife (14 iyun 2015 10:54)
1st qatiq 7 qasiq murebe suyu ve onlari qarisdir
cavid (26 aprel 2015 21:52)
ela piroqdur.
zuleyxa (26 aprel 2015 18:38)
salam reseptlere gore cox sagolun kesmiye yumurta qatmasag nece olar?alinmaz piroq?yumurta cox seven deyilik ailelikce ona gore

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.