Almalı, gilaslı və kəsmikli piroq



Ərzaqlar:



Piroqun altı üçün:

400 q kəsmik

2 yumurta

1/2 st şəkər tozu

1/2 st süd

3 x.q mannı

2 x.q nişasta

1/2 limonun qabığı

1 ç.q limon şirəsi

1 paket vanil

Çay qaşığının ucunda duz

Piroqun üstü üçün:

1 stəkan çərdəksiz gilas(təzə gilas ya da konserv olunmuş)

4 ədəd alma

4 x.q xama

3 x.q şəkər tozu

1 ç.q darçın (zövqə görə)


Hazırlanması:

Mannının üzərinə isti su töküb qarışdırıb 10-15 dəqiqə saxlayırıq.



Yumurtanın sarısını ağından ayırırıq.



Şəkər tozunun yarısını yumurta sarısı ilə köpüklənənə qədər çalırıq.



Qalan şəkər tozunu mannı ilə qarışdırırıq.



Mannı qarışığı ilə yumurta sarısını qarışdırırıq.



Kəsmiyi süd ilə qarışdırırıq.



Kəsmik qarışığına yumurta sarısının qarışığını və vanili əlavə edib yaxşı qarışdırırıq.



Limonu sürtgəcdən keçirib şirəsi ilə birgə kütləyə töküb qarışdırırıq.



Yumurta ağına duz əlavə edib köpük olana qədər çalırıq.



Yumurta ağını yavaş-yavaş qarışığa qarışdırırıq.



Kütləyə nişastanı əlavə edib ehtiyatla yavaş-yavaş qarışdırırıq.



Qabı yağlayıb mannı səpirik və kütləni qaba tökürük





Almanın qabığını soyub nazik doğrayırıq.Doğranmış almaları kütlənin üzərinə tökürük.





Almanın üstünə darçın səpirik.



Xama ilə şəkər tozunu qarışdırıb almanın üstünə tökürük.





Xamanın üstünə gilasları düzürük.



180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqəyə bişiririk. Qabda soyuyub ilıq olanda çıxarıb başqa düz qaba qoyun. Tam soyuduqdan sonra doğrayıb süfrəyə verə  bilərsiniz.







Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (14 iyul 2016 11:46)
Salam. çox sağ olun. Yeqin alma daim bol olan - tez tapılan olduğu üçün daha çox istifadə edilir.
ekinsu (13 iyul 2016 15:31)
Deyəsən almanı çox sevirsiniz. Demək olar ki, çox şirniyyatın tərkibində alma var. Bu arada reseptlər üçün təşəkkürlər. Əllərinizə sağlıq.
Reseptaz (27 may 2016 23:37)
26 sm
Sevinc (27 may 2016 19:05)
Salam. Qabın diametri neçə sm-dir? Çox sağ olun.
Leyla (12 iyul 2015 20:41)
Salam, zehmet olmasa hansi marka kesmiklerden istifade daha yaxsi netice gosterdiyinizi deyerdiz.. Qaymaq bildiyim qederiyle ulkerden demisiz reseptlerin birinde..evvelceden tesekkurler
Reseptaz (04 dekabr 2014 23:09)
salam.
Arzu (27 noyabr 2014 15:56)
Salamlar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.