Alma piroqu 5



Ərzaqlar:



125 q yumşaq kərə yağı
1/2 st duru yağ
1 st pudra şəkəri
1/2 st qatıq
1 paket vanil
1 paket qabartma tozu
3 st un
İçlik üçün:
2-3 ədəd böyük alma
2 x.q şəkər tozu
1/2 ç.q darçın
Üstü üçün:
1x.q şəkər pudrası

Hazırlanması:
Almanı yuyub sürtgəcdən keçiririk. Üstünə şəkə tozunu və darçını əlavə edib qarışdırırıq.



Ocağa qoyuruq suyu çəkilənədək qarışdırıb götürürük. İçlik hazırdı.



Yağları, qatığı, vanili, qabartma tozunu və pudra şəkərini dərin bir qaba töküb qarışdırırıq.



Sonra qabartma tozunu əlavə edirik unu az –az töküb qarışdırıb yumşaq xəmir düzəldirik.



Xəmirin 1/3 kəsib kənara naxış üçün qoyuruq.Qalan xəmiri qaba yayırıq.



İçliyi yayırıq.



Xəmirdən üstünə zövqə görə naxış salırıq.



180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.



İlıq olanda qabdan çıxarırıq.Tam soyuyanda üstünə şəkər pudrası səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
MSM (26 oktyabr 2016 22:20)
Hazirladim men bu piroqu cox dadli oldu,tesekkur edirem resept ucun
Seadet (18 oktyabr 2016 12:32)
Tavanin olcusun yazda bilersiniz zehmet olmasa. Umumiyyetle qabin olcusu verilende daha duzgun alinir.
Seadet (18 oktyabr 2016 12:32)
Tavanin olcusun yazda bilersiniz zehmet olmasa. Umumiyyetle qabin olcusu verilende daha duzgun alinir.
fidan (04 oktyabr 2016 10:42)
salam sekildeki tavadan biraz balaca sirniyyat qablari olure yandan acilir, bu resepti onda bisirmek olar? ve olarki ustundeki naxislari vurmayim hamisini xemirem elave edim? xais tez cvblayasiz insallah sabah bisirecem
Fidan (10 sentyabr 2016 13:47)
Salam pudra sekeri nedir?
Reseptaz (05 sentyabr 2016 09:30)
salam, olar. ancaq darçın ona yaxşı tam verir.
guluwka (04 sentyabr 2016 21:17)
Darcin olmasa olar??
sevda (01 sentyabr 2016 12:28)
Əllərinizə sağlıq...
Aynur (07 avqust 2016 19:30)
Gelen defe bunu hazirlayacam cox dadli gorsenir tewekkur
aysel (28 iyul 2016 17:02)
Ella
Mina (22 iyul 2016 17:57)
Ayyy super gorsenir. Men bundan mutleq hazirlamaliyam. Insallah gorunduyu kimi dadli olar. Onceden thanks!
Reseptaz (22 iyun 2016 09:13)
Nuş olsun..
MSM (21 iyun 2016 19:09)
Cox sag olun
Reseptaz (20 iyun 2016 09:15)
Salam, çox sağ olun. bəli olar.
MSM (19 iyun 2016 15:40)
Salam xanim,ellerinize sagliq cox gozel gorunur,bilmek isterdim ki,bunu erik cemiyle hazirlamaq olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.