Alma piroqu 3



Ərzaqlar:


Xəmir üçün:
200 q kərə yağı
200 q xama
1/2 st şəkər tozu
1 paket qabartma tozu
2,5 st un
İç üçün:
4-5 ədəd alma
1 x.q nişasta
1/2 st şəkər tozu
1 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkr tozunu çalırıq.

Xamanı əlavə edib tam qarışanadək çalırıq.

Qabartma tozunu və unu əlavə edib əvvəl az çalıb sonra əlimizlə yumşaq xəmir düzəldirik.

Hazır xəmiri kloka qoyub 1 saatlıq soyuducuya qoyuruq.
İçliyi hazırlayırıq.
Almanı yuyub qabığını soyub sürtgəcin böyük gözündən keçiririk.

Çəkilmiş almanın üstünə nişasta, çəkər tozunu və vanili töküb qarışdırırıq.

Xəmiri soyuducudan çıxarıb 2/3 hissəsini qabı yağlayıb qaba yayırıq.(qabın diametri 26 sm)

İçi töküb yayırıq.

Qalan xəmri yayıb şəkildəki kimi kəsib içliyin üstünə qoyub yanlarını bərkidirik. Piroqun üstünü istədiyiniz kimi düzəldə bilərsiniz.


180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq. Tam soyuduqdan sonra istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 iyun 2017 11:31)
Nuş olsun
Nəzakət (01 iyun 2017 16:50)
Mən bu piroqu hazırlamışam çox dadlıdır.sağ olun reseptə görə əllərinizə sağlıq.
nurcahan (19 dekabr 2016 18:55)
hamsi
Reseptaz (12 mart 2016 15:32)
salam, yox buzluğa deyil normal gözə qoyuruq.
Fiza (12 mart 2016 14:54)
Salam Xanim. Soyuducuya yeni buz yerine qoyuruq xemir?
Msm (19 oktyabr 2015 19:08)
Salam xanim,buna nisasta vurmasaq olar?
Reseptaz (09 aprel 2015 21:04)
Salam. Yoxdur. Nuş olsun.
canan (25 mart 2015 01:12)
yumurta yoxdu bunda ?
Reseptaz (17 fevral 2015 09:54)
nush olsun
dilber (16 fevral 2015 18:45)
Bisrdum cox geseng cixdu evdekilerinde xosdarina geldi tesekur edirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.