Alma cemli qurabiyə



Ərzaqlar:



200 q yumşaq kərə yağı
1/2 st duru yağ
1/2 st qatıq
1 paket qabartma tozu
1 paket vanil
4 st un
Yaymaq üçün əlavə un
İçlik üçün:
Alma cemi
Üzünə səpmək üçün:
1 x.q şəkər pudrası

Hazırlanması:

Ələnmiş 3 st unu dərin bir qaba tökürük. Üstünə vanili və qabartma tozunu əlavə edib qarışdırırıq. Sonra yumşaq kərə yağını töküb əlimiz ilə ovuruq.



Ovulmuş xəmirin üstünə duru yağı və qatığı əlavə edib qarışdırırıq.



Qalan ununu üstünə töküb yumşaq xəmir düzəldirik.



Xəmirdən eyni ölçülü 6 kündə düzəldirik.



Bir kündəni götürüb altına un səpib diametri 18 sm yayırıq.



Bıçaqla 4 yerə bölürük. Sonra şəkildəki kimi kəsirik.



Çem qoyub bükürük.





Bu şəkildə hamısını düzəldib soba qabına kağız sərib yığırıq.



170-180 dərəcə qızdırılmış sobada az qıazranadək bişiririk.




Soyuduqdan sonra üstünə şəkər pudrası səpirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
leyla (06 avqust 2016 20:28)
Salam ressept az xaiw edirem sualma cavab yazardiz zehmet olmasa.1pors elese qatigi yagi ne qeder tokmek lazimdi??
nuray (06 avqust 2016 15:13)
bu gün bişirəcəyik .







\\\\\\\\
Reseptaz (23 aprel 2016 10:04)
Bəli dadı əladır
Nermin (22 aprel 2016 12:37)
Salam xanim bunun dadi ela olmadi he

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.