Albalılı piroq-2



Ərzaqlar:


Xəmir üçün:

2 st un
100 q kərə yağı
1 ədəd yumurta
4 x.q şəkər tozu
1 paket qabartma tozu
1 çimdik duz

İçlik üçün:

300-400 q albalı
1 x.q nişasta
3 x.q şəkər tozu

Hazırlanması:

Un ilə yağı ovuruq.

Üstünə qabartma tozunu və şəkər tozunu töküb qarışdırırıq.

Sonra yumurtanı əlavə edib ovuruq. Qoyuruq bir kənara.

Albalının tumunu çıxarıb suyunu süzüb nişasta və şəkər tozu ilə qarışdırırıq.

Diametri 26 sm qab götürüb, yağlayıb ovuntunun 2/3 hissəsini qaba töküb yayırıq. Kənardan 3 sm ovuntunu qaldırırıq.


Albalını tökürük.

Sonra qalan ovuntunu üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 iyun 2015 23:04)
Salam falqani yaglamaga ehtiyac yoxdur , listi de isitmeyin
ILHAME (16 iyun 2015 14:01)
sizden bir soz soruwmaq olar...falqayla prconu biwirende onu yaqlamaq lazimdimi yoxsa yox
....birde listi qizdirmaq lazimdimi
ILHAME (16 iyun 2015 13:58)
salam
Reseptaz (16 iyun 2015 09:34)
cox sag olun
fidan (13 iyun 2015 09:24)
salam. saytin yaradicisina ve reseptleri gonderen butun xanimlara tesekkurumu bildirirem.
Reseptaz (18 aprel 2015 23:10)
Təşəkkür edirik.nuş olsun.
Aysel (18 aprel 2015 19:34)
Limonlu ruleti bisirdim ela alindi cox sag olun
Aysel (18 aprel 2015 19:33)
Mende qosulmaq isteyirem araniza eziz xanimlar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.