Albalılı kəsmikli piroq



Ərzaqlar:



100 q kərə yağı
2 ədəd yumurta
1/2 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
Bir çimdik duz
1/2 limonun qabğı

İçlik üçün:
400 q pəhriz kəsmik
2 ədəd yumurta
1/2 st şəkər tozu
1 x.q nişasta
1/2 limonun qabğı
400 q albalı

Üstü üçün:
1 ç.q şəkər kirşanı

Hazırlanması:

Albalının tumunu çıxarıb suyu süzülməyə qoyuruq.
Yumşaq kərə yağı, şəkər tozu və limon qabığını mikserlə tam qarışanadək çalırıq.



Yumurtanı əlavə edib çalırıq.



Qabartma tozunu və unu əlavə edib çalırıq.



Diametri 26 sm olan qabı yağlayıb xəmiri töküb yayırıq.



İçlik üçün kəsmiyi dərin qaba töküb şəkər tozu və limon qabığını əlavə edib çalırıq.




Yumurtanı əlavə edib tam qarışanadək çalırıq.
Niişastanı əlavə edib çalırıq.



Kəsmikli qarışığı xəmirin üstünə töküb yayırıq.



Sonra albalını kəsmiyin üstünə düzürük.



180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
Bişdikdən sonra soyuduqda qabdan çıxarırıq.Tam soyuyanda üstünə şəkər kirşanı səpirik.




Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (10 fevral 2016 09:01)
nush olsun
Gulya (09 fevral 2016 19:03)
Super gorsenir edecem.insAllah

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.