Zoğallı plov



Ərzaqlar:



1 kq ət (qoyun ya da mal əti)

4 st uzun düyü

4-5 x.q əridilmiş kərə yağı

250-300 q zoğal qurusu ya da təzə zoğal

Duz

3 baş soğan

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq


Hazırlanması:

Əti yuyub suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq. Sonra normal odda hazır olanadək bişiririk. Hazır olmağa az qalmış duz səpirik.

Soğanın qabığını soyub yuduqdan donra dörd bölüb nazik doğrayırıq.



Soğana yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Bişmiş əti sudan çıxarıb soğanın üstünə tökürük.
3-5 dəqiqə qovurub zoğalın yarısını tökürük. Duz və istiot əlavə edirik. Ətin suyundan da az əlavə edib vam odda yağa düşənədək bişiririk.



Adi qaydada düyünü əvvəlcədən islağa qoyub sonra yuyub duzlu suda bişiririk. Hazır olmağa yaxın qalan zoğalı töküb qarışdırıb düyünü süzürük.



Qazanda az yağ qızdırıb yumurta qatığı qarışdırıb bura tökürük. Düyüdən də az töküb qarışdırırıq. Qarışığı qazanın dibinə 1 sm qalınlıqda yayırıq. Düyünün yarısını tökürük.



Sonra zoğallı ət qovurmamızı əlavə edirik.



Qalan düyünü ətin üstünə töküb yağ əlavə edib plovu dəm almağa qoyuruq.



Plov 1-1,5 saata dəm alacaq.

Plovu təpəcik şəklində qaba yığıb üstünə qaynar yağ töküb qazmaq və zoğallı ətlə bəzəyirik.

Bu plovun qovurmasını düyünün altına qoymaya da bilərsiniz. Adi qaydada plov dəmləyin yanında zoğallı ət qovurmasını verin.

Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (11 aprel 2014 15:10)
nush olsun
aysel (11 aprel 2014 10:30)
tez hazırlanan plovdu.dadlı,turşməzə alınır,nuş olsun.
Reseptaz (03 aprel 2014 21:40)
Salam. Piti reseptini allah qoysa Şəkidə çəkib yerləşdirməyi fişirləşirik.Təşəkkürlər.
lady (03 aprel 2014 11:47)
Salam mən pitinin reseptin istərmin.Çox sağolun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.