Zirinc plov



Ərzaqlar:



4 st düyü

500 q toyuğun döş əti

3 ədəd baş soğan

50 q badam ləpəsi

50 q zirinc

3-4x.q əridilmiş kərə yağı

1 ç.q şəkər tozu

Sarıkök ya zəfəran

Duz

Istiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq


Hazırlanması:

Toyuğun döş ətini yuyub doğrayıb üstünə su və az duz töküb bişiririk. Soyuduqdan sonra uzun-uzun didirik.



Badam ləpəsinin qabığını təmizləyirik. Baxa bilərsiniz Badam ləpəsinin təmizlənməsi. Təmizlənmiş badam ləpəsini bıçaqla 4 yerə bölürük.



Tavaya az əridilmiş kərə yağından töküb badam ləpəsini rəngi dəyişənədək qovururuq. Bir kənara qoyuruq soyuyur.



Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.



Doğranmış soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq. Didilmiş toyuq ətini qovrulmuş soğanın üstünə töküb qarışdırırıq.



Zirinci yuyub tavada 2-3 dəqiqə yağda qovururuq.



Sonra üstünə badam ləpəsini əlavə edib 2-3 dəqiqə qovururuq. Şəkər tozunu əlavə edirik.



Soğanlı toyuq ətini zirincin üstünə əlavə edirik. 3-5 dəqiqə qovurub götürürük. Zövqə görə duz və istiotunu əlavə edirik.



Adi qaydada düyünü yuyub duzlu suda yarıbışmış halda bişirib süzürük.



Qazanın dibinə az yağ töküb qızdırırıq. Sonra bura yumurta ilə qatığı çalıb tökürük. Üstünə az düyüdən də əlavə edib qarışdırıb qalınlığı 1 sm olmaqla qazanın dibinə yayırıq.



Qazmağın üstünə az düyüdən töküb zirincli qarışığı tökürük.



Qalan düyünün yarısının üstünə zəfəran suyu ya da sarıkök tökürük.

Əvvəlcə ağ düyünü sonra zəfəranlı düyünü tökürük.



Düyünün üstünə yağ əlavə edib ağzına dəsmal ilə bürünmüş qapağı qoyub 1 saat dəm almağa qoyuruq.

Plov hazır olduqda qaba təpə formasında yığıb üstünə zirincli qovurmanı töküb qazmaqla bəzəyirik. Plovun üstünə qaynar əridilmiş kərə yağı töküb süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (16 sentyabr 2014 21:37)
Barbaris adı ilə satılır.Təşəkkür edirik.
NAVAL (16 sentyabr 2014 20:34)
ELERINIZE SAGLIQ COX GOZEL HAZIRLAMISIZ . MEN SIZIN DAIMI IZLEYICINIZEM RUSIYADA YASAYIRAM XAHI EDIREM DEYESIZIN BURDA ZIRINC NECE ADLANIR ??? SIZE UGURLAR

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.