Yumurtalı pendirli badımcan bükməsi



Ərzaqlar:



3 ədəd badımcan

100 q sarı bərk pendir

1 ədəd yumurta

2 x.q mayonez

1 diş sarımsaq

Duz

Qızartmaq üçün duru yağ


Hazırlanması:

Badımcanın qabığını aralı soyub nazik dilimləyib duzlayıb 20-25 dəqiqə qoyuruq qalır.



Acı suyunu sıxıb yuyub az duzlayırıq.

Tavada yağda hər iki üzünü qızardırıq.



Qoyuruq soyuyur.



Pendiri sürtgəcin xırda gözündən keçiririk.



İçliyi hazırlamaq üçün yumurtanı suda bişirib soyuyandan sonra sürtgəcin xırda gözündən keçiririk.



Üstünə duz və mayonez töküb qarışdırırıq.



Badımcanın qızarmış bir dilimini götürüb bir tərəfdən içlikdən 1 ç.q qoyub bükürük.





Bu qayda ilə hamısını hazırlayırıq.

Qaba yığıb üstünə çöp taxırıq.



Nuş olsun!


OXŞAR YAZILAR
.İçi doldurulmuş yumurta
Ərzaqlar: 4 ədəd yumurta 0,5 ç.q xardal 100 q feta pendiri 1 diş sarımsaq 1 ədəd tər xiyar Balaca dəstə cəfəri Balaca dəstə şüyüd Hazırlanma
.Qozlu toyuq ruleti
Ərzaqlar: 350 q toyuğun döş əti 100 q kərə yağı 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 2 baş soğan Duz İstiot Hazırlanma
.Toyuq əti ilə pendirli blinçik.
(25 ədəd bilinçik üçün) Ərzaqlar: 25 ədəd hazır blinçik 300 q toyuğun döş əti 100 q pendir 1 baş soğan 3 x.q yağ Duz İstiot Hazırlanması: Bl
.Blinçik 4
(35 ədəd bilinçik üçün) Ərzaqlar: 3 st süd 3 ədəd yumurta 2 st un 1 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q duru
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (24 noyabr 2014 20:15)
Salam. təşəkkür edirik.
nazli (22 noyabr 2014 14:29)
ela
Lady (21 noyabr 2014 18:39)
Salam.Size 1əlave sualım var bu gözəl qabları hardan alırsız.İndiden teşşekurler.Söhbet servirofka qablarından gedir.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.