Yumurta içlikli blinçik



Ərzaqlar:



2,5 st süd (ya da su)

1 st un

2-3 ədəd yumurta

1/2 x.q şəkər tozu

1/4 x. q duz

1 x.q bitki yağı

Qızartmaq üçün:

5-6 x.q bikti yağı

Pambıq

İçlik üçün:



3 ədəd yumurta

Balaca dəstə göy soğan

Duz

Qeyd: Yuxarıda göstərilən blinçik reseptinə görə 28-30 ədəd blinçik alınır. Bu içliyə görə isə 14-15 ədəd blinçiki bükmək olar. İstəsəniz blinçikin reseptini yarı azalda ya da içliyi iki dəfəyə artıra bilərsiniz.


Hazırlanması:

Bilinçiki hazırlamaq üçün bax Bilinçikin hazırlanması

İçliyi hazırlamaq üçün yumurtanı suda bişirib qabığını soyuruq. Soyuduqdan sonra sürtgəcin böyük gözündən keçiririk. Üstünə soğanı təmizləyib xırda doğrayıb tökürük.



Duz səpiriq və yaxşı qarışdırırıq.

İçliyimiz hazırdı.



Hazır bilinçiklərin birini götürüb içinə 1 ç.q dolu içlik qoyub adi bilinçik kimi bükürük.





Bükülmüş bilinçikləri yağda hər iki üzünü qızardırıq.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qozlu toyuq ruleti
Ərzaqlar: 350 q toyuğun döş əti 100 q kərə yağı 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 2 baş soğan Duz İstiot Hazırlanma
.Toyuq əti ilə pendirli blinçik.
(25 ədəd bilinçik üçün) Ərzaqlar: 25 ədəd hazır blinçik 300 q toyuğun döş əti 100 q pendir 1 baş soğan 3 x.q yağ Duz İstiot Hazırlanması: Bl
.Blinçik 4
(35 ədəd bilinçik üçün) Ərzaqlar: 3 st süd 3 ədəd yumurta 2 st un 1 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q duru
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
.Blinçik 3
Ərzaqlar: (30 ədəd bilinçik üçün) 2,5 st süd 3 ədəd yumurta 1,5 st un 2 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q du
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (03 aprel 2014 02:47)
ülviyyə əliyeva buyurun: http://resept.az/Blincikin-hazirlanmasi-2161.html
əliyeva ülviyyə (02 aprel 2014 15:12)
Salam.Men
bilincikin deqiq xemirini isteyirem cox etmisem yapisir alinmir zehmet olmasa yazin.evvelceden tesekkürler
Reseptaz (21 mart 2014 20:26)
Salam. Düzdü ətli dadlı olur amma belə də dadlı olur.Təşəkkürlər.
xanim (27 fevral 2014 14:40)
bilincik etle daha dadli olur
Reseptaz (25 yanvar 2014 20:55)
Salam. Teyyube xanım pamdığı hər dəfə bişən bilinçiki götürdükdən sonra az yağa batırıb tavanı silirik.Təşəkkürlər.
Teyyube (13 yanvar 2014 09:45)
bes pambiq ne ucun istifade olunur???

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.