Yerkökü və pendirli toyuq salatı



Ərzaqlar:



200 q toyuğun döş əti

2 ədəd yerkökü

150 q pendir

1/2 st qoz ləpəsi

1 diş sarımsaq

Mayonez

Duz


Hazırlanması

Sarımsağı əzib mayonezə qarışdırırıq. Qatları sarımsaqlı mayonezlə mayonezləyirik.

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra xırda doğrayırıq.



Yerkökünü sürtgəcin böyük gözündən keçiririk.



Pendiri sürtgəcin böyük gözündən keçiririk.



Qozu sürtgəcin böyük gözündən keçiririk.



Boşqaba toyuq ətini yayıb mayonezləyirik.



Yerkökünü əlavə edib duz səpib mayonezləyirik.



Pendiri əlavə edib mayonezləyirik.



Pendirin üstünə qozu səpirik.



Zövqə görə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
coni (16 dekabr 2015 16:15)
cox dadlidir.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.