Yayma



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:



1 st yumru düyü

6 st süd

2 st su

4-5 x.q şəkər tozu

2 x.q əridilmiş kərə yağı

1 ç.q zəfəran

Üstü üçün:

Darçın (zövqə görə)


Hazırlanması:

Zəfəranın üstünə az qaynar su töküb dəm almağa qoyuruq.



Düyünü təmizləyib yuduqdan sonra qazana tökürük. Suyu və südü əlavə edirik. Üstünə yağı və şəkər tozunu da töküb qazın üstündə normal odda bişməyə qoyuruq. Taxta qaşıqla arası kəsilmədən qarışdırırıq. (Bəzən də düyünü əvvəl suda bişirib sonra yerdə qalan ərzaqları əlavə edib axıracan bişirirlər)



Hazır olmağa yaxın zəfəranın suyunu əlavə edirik. Düyüsü tamam bişəndə yayma hazır olur.



Yayma hazır olan kimi qablara töküb süfrəyə verə bilərsiniz. Zövqə görə istəsəniz üstünə darçın səpib yeyə bilərsiniz. (İçinə tökdüyümüz yağı zövqə görə istəsəniz hazır olub qablara çəkiləndə üstünə əridib tökə bilərsiniz.)



Nuş olsun!

OXŞAR YAZILAR
.Qozlu toyuq ruleti
Ərzaqlar: 350 q toyuğun döş əti 100 q kərə yağı 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 2 baş soğan Duz İstiot Hazırlanma
.Toyuq əti ilə pendirli blinçik.
(25 ədəd bilinçik üçün) Ərzaqlar: 25 ədəd hazır blinçik 300 q toyuğun döş əti 100 q pendir 1 baş soğan 3 x.q yağ Duz İstiot Hazırlanması: Bl
.Blinçik 4
(35 ədəd bilinçik üçün) Ərzaqlar: 3 st süd 3 ədəd yumurta 2 st un 1 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q duru
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
.Blinçik 3
Ərzaqlar: (30 ədəd bilinçik üçün) 2,5 st süd 3 ədəd yumurta 1,5 st un 2 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q du
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (12 noyabr 2014 22:00)
Olar. Bölgələrimiz üzrə yemək və şirniyyatların adında müxtəliflik çoxdur.
Mila (31 oktyabr 2014 12:42)
Astaralilar buna sudlu asda deyiller
aide (19 may 2014 12:24)
yayma salati
Reseptaz (21 mart 2014 20:35)
Salam. İstəmirsinizsə tökməyin. Təşəkkürlər.
jale (22 oktyabr 2013 21:46)
yag tokmesek olaaar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.